• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sertifikatlı toxum yüksək məhsulun əsasıdır

Sertifikatlı toxum yüksək məhsulun əsasıdır

Bol məhsulun əsası,  ilk növbədə, sahələrə səpiləcək keyfiyyətli toxumdan asılıdır. Atalar əbəs yerə deməyiblər ki, nə əkərsən, onu da biçərsən. Ona görə də ölkəmizdə keyfiyyətli toxum tədarükünə xüsusi diqqət yetirilir. Bu məqsədlə kifayət qədər toxum ehtiyatı da tədarük olunub.

Bu günlərdə Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, respublikada  toxumcu fermerlər tərəfindən  yüksək kondisiyalı, sertifikatlı toxumlar  istehsal olunub. Toxum satış yerləri və ünvanları barədə məlumat  Kənd Təsərrüfatı Nazirliyi  yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin rəsmi internet səhifəsinin (sorttoxumagro.qov.az) toxum satış bölməsində yerləşdirilib. Məlumatda toxum istehsalçısının ünvanı, istehsal olunmuş  toxumun reproduksiyalar üzrə göstəriciləri öz əksini tapıb. Fermerlər Xidmətin rəsmi internet saytına daxil olmaqla sertifikatlı toxum əldə edə bilərlər.

 

Əlipənah BAYRAMOV, “Xalq qəzeti”

14 2018 11:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Sentyabr 2018 | 12:51
Reyd keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin