Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan qadın şairlərinin poeziya antalogiyası” alman dilində

“Azərbaycan qadın şairlərinin poeziya antalogiyası” alman dilində

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni layihəsi əsasında “Azərbaycan qadın şairlərinin poeziya antalogiyası” kitabı Almaniyada nəşr olunub. Topluya son 8 əsrdə Azərbaycanda yaşayıb-yaratmış görkəmli qadın şairlərimizin əsərlərindən seçmələr daxil edilib.

Fondun media üçün açıqlamasında bildirilir ki, antalogiyada Məhsəti Gəncəvi, Xurşidbanu Natəvan, Ağabəyim ağa, Ümmügülsüm, Mirvarid Dilbazi, Nigar Rəfibəyli kimi Azərbaycan ədəbiyyatında mühüm yer  tutmuş qadın şairlərimizin  şeirləri ilə yanaşı, onların həyat və yaradıcılıqları haqqında məlumat da verilib. Toplu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyevanın “Mənəvi ucalıq” adlı ön sözü ilə açılır. Kitabdakı şeirləri Almaniyada fəaliyyət göstərən Asiya Akademiyası ilə işbirliyi çərçivəsində alman dilinə K. Kil tərcümə edib və kitab bu ölkədə yaşayan ədəbiyyatşünas soydaşımız Orxan Arasın redaktorluğu ilə işıq üzü görüb.

Xatırladaq ki, “Azərbaycan qadın şairlərinin poeziya antalogiyası” fondun layihəsi olaraq artıq italyan dilində nəşr edilib və keçən ilin dekabrında bu ölkənin parlamentində - Senatda kitabın təqdimatı keçirilib. Antalogiyanın digər dillərdə də çapı nəzərdə tutulub.

 

R.TAHİR,
“Xalq qəzeti”

25 2019 17:22 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə