Ən son xəbərlər
BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNITAR) həyata keçirdiyi “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində 7 nigeriyalı tələbə bu tədris ilindən Bakı Ali Neft Məktəbində (BANM) təhsil alır.
Onlardan biri - Somtoçukvu Çidinma Ali Məktəbinndə keçirilən “Bilik günü”ndə çıxış edərkən mərasim iştirakçılarını Azərbayan dilində salamlayıb, ölkəmizdə təhsilə başlamasından məmnunluq duyduğunu qeyd edib. Ölkə mediasında yayılan məlumata görə, həmin tələbə Azərbayan dilində danışmağı 5 gün ərzində BANM-ın əməkdaşlarının köməyi ilə öyrənib.
Nigeriyalı tələbələr 2019--2023-cü illər ərzində BMT-nin ayırdığı təqaüdlər hesabına Bakı Ali Neft Məktəbində bakalavr dərəcəsi üzrə təhsil alacaqlar. Onlar 4 il müddətində “Neft-qaz mühəndisliyi” ixtisasında nəzəri və praktiki biliklərə yiyələnəcək və sonda BANM-ın diplomlarını əldə edəcəklər.
R.TAHİR,
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə