• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 14 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” kitabı Rusiyada nəşr olunub

“Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” kitabı Rusiyada nəşr olunub

“Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri” adlı fundamental kitab Rusiya Federasiyasının Orexova-Zuevo vilayətində Dövlət Humanitar Texnologiya Universitetinin nəşriyyatında rus dilində çap olunub.

www.science.gov.az saytı yazır ki, kitabın müəllifləri AMEA Naxçıvan Bölməsinin  Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov, həmin institutun əməkdaşları - professor Əliyar İbrahimov, biologiya üzrə fəlsəfə doktorları Ənvər İbrahimov, Ramiz Ələkbərov, Azərbaycan Dövlət Aqrar Universitetinin Elm şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Abbas İsmayılov, kimya üzrə fəlsəfə doktoru, dosent Vahid Quliyev və Naxçıvan Dövlət Universitetinin baş müəllimi Əli Qurbanovdur.

Yeni nəşrdə Naxçıvanın flora biomüxtəlifliyində faydalı bitkilər, xüsusilə müalicəvi təsiri olan dərman bitkilərinin yayılma zonaları müəyyən edilib, onların tərkibindəki bioaktiv maddələrin ayrı-ayrı xəstəliklərdə müalicəvi əhəmiyyəti araşdırılıb.

Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ərəfəsində hazırlanan kitabın elmi redaktoru, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, rəyçiləri isə AMEA-nın müxbir üzvləri Saleh Məhərrəmov və Tofiq Məmmədovdur. Nəşr Naxçıvan Muxtar Respublikasında mövcud olan 132 növ rəsmi dərman bitkisinin sistematik vəziyyəti, təbii və istismar ehtiyatı, kimyəvi tərkibi və yayılma zonaları haqqında geniş təsəvvür yaradan ilk kitabdır.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

14 2018 11:19 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Noyabr 2018 | 11:28
Uğurun açarı – Özgüvən

Ən son xəbərləri səhifəmizdən də izləyin