• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“AXC-100. İstanbul – Bakı: toxunula bilən arxivlər

“AXC-100. İstanbul – Bakı: toxunula bilən arxivlər

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunan “AXC-100. İstanbul-Bakı: toxunula bilən arxivlər” mövzusunda təqdimat keçirilib.

www.science.gov.az saytının məlumatına görə, təqdimat tədqiqatçı jurnalist Dilqəm Əhməd tərəfindən Türkiyə arxivlərində AXC və mühacirət tarixinə aid araşdırmalar əsasında hazırlanıb. D.Əhməd iştirakçılara sərginin məqsədi, nümayiş etdirilən əsərlər, onların mövzusu və mahiyyəti barədə məlumat verib.

Daha sonra o, Məhəmməd Əmin Rəsulzadənin Polşadan göndərdiyi 3 açıqca, 5 ədəd orjinal fotoşəkil, görkəmli dövlət xadiminin öz imzası ilə “Nizami” kitabı, cənazə mərasimi ilə bağlı dəfn albomu, AXC-nin ilk gerbi, Əhməd bəy Ağaoğlunun Maltada yazdığı gündəlik və fotoalbom, Azərbaycan mühacirət dönəminə aid kiçik bayraqlar, Mirzə Bala Məmmədzadə, Abbasqulu Kazımzadə və Mustafa Vəkiloğluna aid məktub və digər nadir materialları təqdim edib.

Qeyd edək ki, MEK tərəfindən Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” 16 may 2017-ci il tarixli Sərəncamı çərçivəsində silsilə tədbirlər həyata keçirilir.

 

Əlipənah BAYRAMOV,
“Xalq qəzeti”

 

14 2018 11:18 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Sentyabr 2018 | 12:51
Reyd keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin