Ən son xəbərlər

Son buraxılış
Arxiv

Oslo aeroportunda yeni sistem tətbiq ediləcək

Oslo aeroportunda yeni sistem tətbiq ediləcək
Norveçdə ilk dəfə aeroportda üztanıma texnologiyalı sistemdən istifadə ediləcək. Bu barədə “Webtekno.com” saytı xəbər verib.
 
Mənbə qeyd edir ki, Fransanın “IDEMIA” şirkəti tərəfindən hazırlanmış “MorphoFace” adlı üztanınma sistemi Oslo aeroportunda tətbiq edilib. Yeni sistem köhnə infrastrukturu əvəz edəcək və Oslo aeroportunda sərhəd-nəzarət məntəqələrinin buraxılış qabiliyyətini artıracaq. “IDEMIA” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış texnologiya hərəkətdə olan insan sifətini kameralar vasitəsilə görüntüləyir və tanıyır.
Qeyd edək ki, bundan əvvəl “MorphoFace” sistemi Yeni Zelandiya və Sinqapur aeroportlarında uğurla tətbiq edilib. Sistem sözügedən aeroportlarda reysləri avtomatik qeydə almağa xidmət edir. 
Əfsanə ƏHƏDLİ, 
“Xalq qəzeti”
3 2018 11:51 - ELM
ELM

Ən son xəbərləri səhifəmizdən də izləyin