• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakıda üçüncü İndoneziya Mədəniyyət festivalının təntənəli açılışı olub

Bakıda üçüncü İndoneziya Mədəniyyət festivalının təntənəli açılışı olub

Sentyabrın 13-də Heydər Əliyev Sarayında üçüncü İndoneziya Mədəniyyət festivalının təntənəli açılış mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları sarayın foyesində İndoneziya mədəniyyəti və incəsənətini əks etdirən sərgi ilə tanış olublar. İndoneziya təbiətini əks etdirən fotosərgi də maraqla qarşılanıb.
Festivalın açılışında çıxış edən ölkəmizdə səfərdə olan İndoneziyanın mədəniyyət və təhsil naziri Mühacir Əfəndi Azərbaycanda olmağından məmnunluğunu ifadə edib. Bildirib ki,  “Arxipelaqın ən zəngin mədəniyyətini yaşatmaq” devizi altında  üçüncü dəfə təşkil edilən festival ildən-ilə daha maraqlı və zəngin proqramla təqdim edilir. Nazir diqqətə çatdırıb ki, builki festival daha diqqətəlayiqdir. Çünki festival İndoneziyanın müstəqilliyinin 73-cü ildönümünə təsadüf edir.
 İndoneziya ilə Azərbaycan arasındakı qədim dostluq  əlaqələrindən söz açan qonaq bu əlaqələrin daha da inkişaf edərək genişləndiyini bildirib. “İndoneziya ilə Azərbaycan arasında münasibətlər qarşılıqlı şəkildə davam edir. Dünyanın ən böyük müsəlman əhalisi olan İndoneziya bütün dinlərə tolerant yanaşmaqda böyük məsuliyyət daşıyır və ISESCO ilə birgə layihələrdə yaxından iştirak edir. Azərbaycanla diplomatik və mədəni əlaqələrin yüksələn xətt üzrə inkişafı dünyada hər iki dövlətin qardaşlıq və sülh tərəfdaşı olmasına işarədir”, - deyə Mühacir Əfəndi vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan mədəniyyət naziri Əbülfəs Qarayev ölkə rəhbərliyi adından festivalda iştirak edən bütün qonaqları salamlayıb. Bildirib ki, festival iki ölkə arasında münasibətlərin genişlənməsinə, xalqların bir-birini daha yaxşı tanımasına və gələcəkdə çoxsaylı birgə layihələrin həyata keçirilməsinə şərait yaradacaq. 
Çıxışlardan sonra festivalın açılış tədbiri konsert proqramı ilə davam edib. İlk olaraq İndoneziyadan gələn Tubaba Pakem rəqs qrupunun çıxışı izlənilib. Daha sonra tədbir iştirakçıları İndoneziyanın məşhur caz musiqiçisi Dhiki Darmavanın çıxışını dinləyiblər. Həmçinin Azərbaycan Dillər Universitetinin azərbaycanlı tələbələri İndoneziyanın professional rəqqasları ilə birgə bu ölkənin ənənəvi və milli rəqs nömrələrini təqdim edib. İndoneziya və Azərbaycan Pençak-silat federasiyaları tərəfindən təşkil olunan özünümüdafiə sənətinin incəlikləri də nümayiş etdirilib. 

13 2018 21:10 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Sentyabr 2018 | 12:51
Reyd keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin