Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
№ 416           Bakı şəhəri, 23 sentyabr 2019-cu il
 
“Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 5 iyun tarixli 90 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 375; 2007, № 2, maddə 201; 2008, № 1, maddə 46; 2011, № 8, maddə 783; 2017, № 10, maddə 1901; 2018, № 3, maddə 608, № 9, maddə 1938) aşağıdakı dəyişikliklər edilsin:
1. Həmin Qərarla təsdiq edilmiş “Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Əsasnaməsi” üzrə:
1.1. 1.3-cü bəndə “şəxslərinin” sözündən sonra “və digər əməkdaşların, habelə bağlanılmış müqavilə əsasında müxtəlif sahələrdə çalışan şəxslərin, tələbələrin (bundan sonra – Mərkəzin dinləyiciləri)” sözləri və “təkmilləşdirilməsini” sözündən sonra “, yenidən hazırlanmasını” sözləri əlavə edilsin;
1.2. 1.4-cü bənd üzrə: 
1.2.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin: 
“Mərkəzin dinləyicilərinin ödənişli və ödənişsiz əsaslarla vergi işinin təşkili və iqtisadi fəaliyyət sahəsində peşə hazırlığının təkmilləşdirilməsi, yenidən hazırlanması və ixtisaslarının artırılması;”;
1.2.2. beşinci abzas ləğv edilsin.
1.3. Aşağıdakı məzmunda 1.8-ci bənd əlavə edilsin:
“1.8. Mərkəz fəaliyyətini Bakı şəhərində və Şamaxı rayonunda həyata keçirir.”;
1.4. 2.1-ci bəndin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
“Mərkəzin dinləyicilərinin peşə hazırlığının təkmilləşdirilməsini, yenidən hazırlanmasını və ixtisaslarının artırılmasını həyata keçirir;”;
1.5. 3.1-ci bəndin ikinci abzası ləğv edilsin və üçüncü abzasından “göstərilən” sözü çıxarılsın;
1.6. 3.2-ci bəndin üçüncü abzasında “təhsil və elmi-tədqiqat və maliyyə-təsərrüfat sahələri üzrə rəis müavinləri“ sözləri “müavini” sözü ilə əvəz edilsin;
1.7. 3.4-cü bənd üzrə: 
1.7.1. ikinci abzasda “kafedra müdirləri, elmi-tədqiqat bölməsinin, tədris və metodika şöbəsinin rəhbərləri” sözləri “şöbə və bölmə rəisləri” sözləri ilə əvəz edilsin;
1.7.2. beşinci abzasda “kafedra müdirlərini” sözləri “şöbə və bölmə rəislərini” sözləri ilə əvəz edilsin;
1.7.3. altıncı abzasda “kafedralarının, elmi-tədqiqat bölməsinin, tədris və metodika şöbəsinin, maliyyə və təsərrüfat şöbəsinin və digər bölmələrinin” sözləri “şöbə və bölmələrinin” sözləri ilə əvəz edilsin;
1.7.4. yeddinci abzasda “rəhbərlərinin” sözü “rəislərinin” sözü ilə əvəz edilsin;
1.7.5. doqquzuncu abzasdan “kafedraların,” sözü çıxarılsın.
1.8. 4.1-ci bəndə “şəxslərinin” sözündən sonra “və digər əməkdaşların” sözləri əlavə edilsin.
1.9. 4.11-ci bənddə “dinləyicilərin” sözü “vergi orqanlarının vəzifəli şəxslərinin və digər əməkdaşların peşə hazırlığının təkmilləşdirilməsinə,” sözləri ilə, “mütəxəssislərin” sözü “şəxslərin, tələbələrin vergi işinin təşkili və iqtisadi fəaliyyət sahəsində peşə hazırlığının təkmilləşdirilməsi, yenidən hazırlanması və” sözləri ilə əvəz edilsin və həmin bəndə “razılaşdırılmaqla” sözündən sonra “bağlanılmış” sözü əlavə edilsin.
1.10. 5.6-cı bənddən “kafedralarda,” sözü çıxarılsın və həmin bəndə “şöbələrdə” sözündən sonra “və bölmələrdə” sözləri əlavə edilsin.
1.11. 7.1-ci bənddə “müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılmasından” sözləri “həyata keçirilən təlim, kurs, konfrans, seminar, forum və digər tədbirlərdən,” sözləri ilə əvəz edilsin.
2. Həmin Qərarla təsdiq edilmiş "Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin strukturu” aşağıdakı redaksiyada verilsin:
1. “İqtisadiyyat və idarəetmənin tədrisi şöbəsi.
2. Vergi inzibatçılığının tədrisi şöbəsi.
3. Vergi qanunvericiliyinin tədrisi şöbəsi.
4. Elm, innovasiya və əməkdaşlıq şöbəsi.
5. Maliyyə, təminat və mühasibat uçotu şöbəsi.
6. Tədris və metodika şöbəsi.
7. Layihələrlə iş və inkişaf bölməsi.
8. Keyfiyyət təminatı bölməsi.”.
 
 
Novruz Məmmədov 
Azərbaycan Respublikasının Baş Naziri
NAZİRLƏR KABİNETİNİN QƏRARLARI

Köhnə versiyamızdan xəbərləri izlə