• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tədris mərkəzinin yaradılması və kadr hazırlığı layihəsinin icrası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Tədris mərkəzinin yaradılması və kadr hazırlığı layihəsinin icrası ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ölkəmizdə içməli su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması ilə bağlı genişmiqyaslı tədbirlərin icrası kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə səbəb olmuşdur. Bu sahədə mütəxəssislərin peşəkarlığının və praktiki təlim vərdişlərinin artırılması qarşıya qoyulan ən mühüm vəzifələrdəndir. Hazırda təlim-tədris işinin müasir səviyyədə qurulması, beynəlxalq standartlara keçidin sürətləndirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, habelə texniki-mühəndislik xidmətlərinin innovativ metod və təcrübə əsasında inkişaf etdirilməsi istiqamətində mühüm işlər həyata keçirilir.
Qeyd olunan istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Tədris mərkəzinin yaradılması və kadr ­hazırlığı layihəsinin icrası məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.84-cü bəndində göstərilmiş məbləğin 5,0 (beş) milyon manatı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
 

İlham ƏLİYEV 
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 13 sentyabr 2018-ci il

13 2018 20:38 - SƏRƏNCAMLAR
SƏRƏNCAMLAR

Ən son xəbərləri səhifəmizdən də izləyin