• RUB: 0.0256
  • TRY: 0.2727
  • EUR: 2.0024
  • USD: 1.7000
  • Bakı + 24.6 ° C / 70%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Paolo Alli NATO ilə Azərbaycan arasında əlaqələri yüksək qiymətləndirib

Paolo Alli NATO ilə Azərbaycan arasında əlaqələri yüksək qiymətləndirib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan NATO Parlament Assambleyasının sədri Paolo Alli ilə görüşüb.
Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə NATO arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri, regional təhlükəsizlik, iqtisadi əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Elmar Məmmədyarov Azərbaycanın NATO ilə etibarlı və davamlı tərəfdaşlıq əlaqələrinə malik olduğunu bildirərək, ölkəmizin Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatların dəstəklənməsi işinə sadiqliyini vurğulayıb. Qeyd edib ki, Azərbaycan təkcə NATO ilə əməkdaşlıq çərçivəsində deyil, eyni zamanda, Əfqanıstanla müxtəlif sahələrdə ikitərəfli əməkdaşlıq, o cümlədən iqtisadiyyat və investisiya sahələrində əlaqələr həyata keçirir. Elmar Məmmədyarov həmsöhbətinə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı transregional nəqliyyat və enerji layihələri haqqında məlumat verərək TAP layihəsinin Avropanın enerji təhlükəsizliyinə perspektiv töhfəsini qeyd edib. 
NATO ilə Azərbaycan arasında əlaqələri yüksək qiymətləndirən Paolo Alli uğurlu əməkdaşlığa, xüsusilə Azərbaycanın Əfqanıstanda keçirilən əməliyyat çərçivəsində beynəlxalq sülhə və təhlükəsizliyə verdiyi ardıcıl töhfəsinə görə təşəkkürünü ifadə edib. 
Görüşdə regional məsələlər də müzakirə olunub. 
Nazir Elmar Məmmədyarov bildirib ki, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal altında saxlanması və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğu regional sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalır. O, NATO-nun son Brüssel zirvə toplantısının yekun bəyanatında Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə ifadə edilən dəstəyin və münaqişənin bu prinsiplər əsasında həllinə çağıran mövqeyinin təqdir edildiyini vurğulayıb. 
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

13 2018 20:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
22 Sentyabr 2018 | 12:51
Reyd keçirilib

Ən son xəbərləri səhifəmizdən də izləyin