Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Əhməd Ağaoğlunun 150 illiyi ilə bağlı konfrans keçirilib

Əhməd Ağaoğlunun 150 illiyi ilə bağlı konfrans keçirilib

Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda elmi konfrans keçirilib. Milli Məclisin deputatı Qənirə Paşayeva Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən, apardığı milli mücadilənin müxtəlif istiqamətlərindən, onun bir alim, hüquqşünas, millət fədaisi olmasından, türk birliyi və müstəqilliyi müdafiə etməsindən söz açıb.

Q.Paşayeva bildirib ki, Əhməd bəy Ağaoğlu milli oyanış, maarifçilik, Türk birliyi hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, böyük ziyalı eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınmışdır. O, Əhməd bəy Ağaoğlunu Azərbaycanın yetişdirdiyi böyük şəxsiyyətlərdən biri, türk dünyasının ziyalıları və görkəmli şəxsiyyətləri arasında xüsusi yeri olan fikir adamı olduğunu qeyd edib. Əhməd bəy Ağaoğlunun gənclər üçün əsl örnək olduğunu qeyd edərək, onu anmaqdan başqa anlamağı, bunun üçün isə tariximizi, böyük tarixi şəxsiyyətlərimizi dərindən öyrənməyə çağırıb: “Əhməd bəy Ağaoğlu bütün Türk dünyası üçün böyük işlər görmüş böyük bir şəxsiyyətdir və harada doğulub harada yaşamasından asılı olmayaraq bütün türk gənclərinin Əhməd bəy Ağaoğlunu yaxından tanımasına, ondan öyrənməsinə bu gün də, gələcəkdə də böyük ehtiyac olacaq. Onun fikirləri türk dünyasının birliyi və inkişafına çağırır və gənclərimiz üçün ən gözəl örnəklərdən biridir və bu cür tədbirlər Əhməd bəy Ağaoğlunu gənc nəsillərə daha geniş tanıtmağa xidmət edir. Özəlliklə Əhməd Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi, onun irsinin öyrənilməsi, daha geniş tanıdılması istiqamətində dövlət başçımız İlham Əliyevin sərəncamını yüksək qiymətləndirir və cənab Prezidentə təşəkkürümüzü bildirirəm”. Q.Paşayeva Türk Ocaqlarının nümayəndələrinə müraciətlə "Əhməd Ağaoğlunun Türk Ocaqlarının qurucularından biri idi və  çox yaxşı olar ki qardaş Türkiyədə onun adına bir küçə və ya park olsun. Həm Türkiyədə, həm də Azərbaycanda abidəsinin olması da çox vacibdir",-- deyib. Türk Ocaqlarının qardaş Türkiyənin rəsmi qurumlarına müraciəti ilə Əhməd Ağaoğlunun 150 illik yubileyinin keçirildiyi bu il içərisində Türkiyədə də onun adının əbədiləşdirilməsi  istiqamətində önəmli addımlar atılacağına inandığını bildirib. Türk Ocaqları rəsmiləri Q.Paşayevanın təklifini müsbət dəyərləndiriblər və bununla bağlı Türk Ocaqlarının adından rəsmi qurumlara müraciətlər göndərəcəklərini deyiblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

23 2019 16:02 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə