Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dünyada hər şey, hamı dəyişsə də, bizim müxalifət 30 il əvvəlki təfəkkürlə yaşayır

Dünyada hər şey, hamı dəyişsə də, bizim müxalifət 30 il əvvəlki təfəkkürlə yaşayır

Bir tərəfdən elmi-texniki tərəqqinin sürətlənməsi, bir tərəfdən informasiya texnologiyalarının geniş tətbiqi, bir tərəfdən də qloballaşmanın dönməz xarakter alması dünyanın bütün ölkələrində intensiv yeniləşmə tendensiyası yaradıb. İndi Ermənistan istisna olmaqla az-çox yeniləşməyən heç bir ölkə yoxdur. Çox təəssüf ki, Azərbaycan müxalifəti bu tendensiyaların hamısından kənarda qalıb. Bu düşərgənin Əli Kərimli başda olmaqla bütün təmsilçiləri hələ də elə bilirlər ki, 90-cı illərin əvvəllərində yaşayırlar.

Bunların həyatında dəyişilən ancaq geyimləri və uşaqlarını oxumaq adı ilə xaricə göndərməkləridir. Fəaliyyət istiqamətlərini, dünyaya baxışlarını, siyasi mübarizənin taktika və ya strategiyasını dəyişə bilmədikkləri bir dərdləridirsə, yeni siyasi simalaların ortaya çıxmaması da başqa problemləridir. Düşərgə mənsubları Əli Kərimlinin məşhur sifətinə nə qədər baxmalıdır?

Danışanda deyirlər ki, bizim elektoratımızın sayı bitib-tükənmir. Birinci, əgər sizin o qədər tərəfdarınız varsa, onda nə üçün mitinqdə 200 adamla qalırsınız? İkinci, tutaq ki, sizin elektoratınız elə dediyiniz qədərdir. Bəs elə isə, nə üçün o qədər adam arasından bir siyasətçi çıxmır ki, müxalifətin lideri məsuliyyətini öz üzərinə götürsün və Azərbaycan müxalifəti də dünyanın bütün ölkələrindəki kimi xalqın və ya dövlətin mənafeyi baxımından hansısa təkliflə çıxış etsin. Axı bütün ölkələrdə müxalifət mövcud iqtidara qarşı siyasi mübarizə aparır. Təbii ki, bu zaman xalq qazanır. Bizdə isə müxalifət dövlətə qarşı düşmənçilik edir. Dəhşətli dərəcədə eybəcər bir mövqedir.

Yeri gəlmişkən, müxalifət düşərgəsinin özündəki parçalanma, mənəm-mənəmlik, xarici qrantların hamısına sahib çıxmaq istəyi də bu düşərgəni sarsıdan faktlardandır. Bu günlərdə məlumat yayılıb ki, bir çox müsavatçılar bu partiyanın növbəti qurultayının keçirilməsinin əleyhinə çıxırlar. Maraqlı xəbər olduğuna görə səbəbini öyrənməyə çalışdıq. Məlum oldu ki, Əli Kərimli Müsavat Partiyasının daxili işlərinə müdaxilə edərək, qurultayda partiya sədri postuna öz adamını sırımaq istəyir. Ayıq müsavatçılar isə bu tələyə düşməmək üçün ümumiyyətlə, qurultayın keçirilməməsi təkifi ilə çıxış edirlər.

Yəni,  1992-93-cü illərdə Müsavat Partiyasının və hətta prezident Əbülfəz Elçibəyin fəaliyyətinə badalaq gəlməyi bacarmış Əli Kərimli bu gün də həmin hikkə ilə yaşayır. Deməli, bu adamın təfəkküründə heç nə dəyişməyib. Hər şey elə 30 il əvvəlki səviyyədədir. Ona görə də elektoratları gündən-günə əriyir.

 

İttifaq MİRZƏBƏYLİ,
“Xalq qəzeti”

23 2019 15:55 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə