Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Xalça Muzeyində

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Xalça Muzeyində

Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşunun başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 21-də Azərbaycan Xalça Muzeyində olub.
Muzeylə tanışlıq zamanı mədəniyyət naziri Əbülfəs Qarayev və muzeyin direktoru Şirin Məlikova qonaqlara ölkəmizdə qədim xalçaçılıq ənənələri haqqında ətraflı məlumat veriblər.
Bildirilib ki, Azərbaycan xalçaçılıq sənətinin əsas bədii istiqamətlərini əks etdirən muzeyin kolleksiyası nadir gözəlliyin, istifadə olunan materialların, toxuma texnikasının, xalçalara məxsus zərif və dərin bədii xüsusiyyətlərin harmoniyasını nümayiş etdirir.
Diqqətə çatdırılıb ki, “qızıl fond”unu xovlu xalçalar təşkil edən muzeyin kolleksiyasında xovsuz xalçaların da nadir nümunələri saxlanılır. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbinin – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəblərinin xalça nümunələri təqdim olunur. Xalçalar xalqın həyat və məişətini əks etdirən, insan, heyvan, quş, bitki ornamentləri ilə zəngin olan sənət əsərləridir.
Qeyd edilib ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il noyabrın 16-da UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd olunur.
Muzeylə tanışlıqdan sonra Li Canşu muzeyin xatirə kitabında öz təəssüratlarını qeyd edib.
Bildirib ki, nümayiş olunan xalça kolleksiyası heç bir yerlə müqayisə oluna bilməz. Bu sənət Azərbaycan xalqının mədəni irsini əks etdirməklə yanaşı, bütün dünyaya öz töhfəsini verir.
Qonaq Çinin Sinzyan, Daxili Monqolustan əyalətlərində də xalçaçılıq sənəti ilə məşğul olan məktəblərin fəaliyyət göstərdiyini söyləyib. Əlbəttə, çinlilərin toxuduğu xalçalar öz texnologiyası ilə seçilir və Azərbaycan xalçalarından fərqlənir.
“Təəssüf hissi ilə qeyd etmək istərdim ki, cavanlar artıq bu sənətdən uzaqlaşır və xalça toxuyanların sayı get-gedə azalır. Bu isə Çin xalçaçılıq ənənələrinin unudulmasına gətirib çıxara bilər”, – deyə L.Canşu əlavə edib.
Mədəniyyət naziri Əbülfəs Qarayev hər iki dövlətin xalçaçılıq ənənələrini, toxuma texnologiyası sirlərini bölüşmək təklifini irəli sürüb. L.Canşu, öz növbəsində bunun dünya mədəni irsinin qorunmasına müsbət təsir edəcəyini vurğulayıb.
Qonağa Azərbaycan Milli Xalça Muzeyinin 50 illik fəaliyyətinə həsr olunmuş kitab və xalça hədiyyə edilib.

 

AZƏRTAC

 

22 2019 11:57 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə