Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Tədbirlər davam edir

Festivalın gündəliyi

Tədbirlər davam edir

Sentyabrın  21-də Üzeyir Hacıbəyli  XI Beynəlxalq  Musiqi  Festivalı maraqlı  repertuar  təqdim etmişdir. Festival  çərçivəsində   Bakı Musiqi Akademiyasında “Orqan musiqisinin   Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasındakı 55 illik tarixi” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə beynəlxalq müsabiqələr laureatı, orqan ifaçısı Yevgeni Avramenko (Rusiya), Bakı Musiqi Akademiyasının orqan kafedrasının müəllim və tələbələri iştirak etmişlər.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan dirijoru Lorenzo Tazzierinin rəhbərliyi ilə Cakkomo Puççininin “La Boheme” operası nümayiş olunmuşdur. 
Azərbaycan Dövlət Akademik Filarmoniyasında V.V.Andreyeva adına Rusiya Dövlət Akademik Orkestrinin baş dirijoru Dmitri Xoxlovun rəhbərliyi ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin konserti keçirilmişdir. Konsert proqramına Ü.Hacıbəyli, F.Əmirov, Q. Qarayev, A.Məlikov və başqalarının əsərləri daxil  edilmişdir.
Festival  bu  gün də işini  davam etdirir.   Belə ki, Beynəlxalq Muğam Mərkəzində fortepiano musiqisi axşamı keçiriləcək. Gecədə italiyalı pianoçu, beynəlxalq müsabiqələr laureatı Aleksandr Hacıyev konsert proqramı ilə çıxış edəcək. Proqramda L.V.Bethovenin  “Avrora” sonatası, F.Listin “Apres une lecture du Dante” fantaziya-sonatası, S.Prokofyevin 6-cı sonatası səslənəcək.
Heydər Əliyev Sarayında  isə Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dünya şöhrətli pianoçu Xatiya Buniatişvili çıxış edəcəklər. Konsertdə F.Əmirovun “Azərbaycan kapriççio”su, Niyazi “Rast” simfonik muğamı və Fikrət Əmirov–Elmira Nəzirovanın “Fortepiano və orkestr üçün ərəb mövzularında konsert”i səslənəcəkdir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ü.Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası nümayiş olunacaqdır.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Fikrət Əmirovun “Nəsimi” birpərdəli baleti tamaşaçılara təqdim ediləcək. Tamaşa dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunur.

 

M.MÜKƏRRƏMOĞLU, “Xalq qəzeti”

22 2019 11:49 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə