Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Suraxanı rayonunda növbəti səyyar qəbul

Suraxanı rayonunda növbəti səyyar qəbul

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Bülbülə qəsəbəsinin Nəriman Nərimanov küçəsində yaşayan sakinlərilə 208 nömrəli tam orta məktəbin akt zalında növbəti səyyar qəbul keçirilib. Görüşdə Azərbaycan Respublikasının Prezidenti Administrasıyasının sektor müdiri Tağı Tağıyev, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.  

Rayon icra hakimiyyətinin başçısı sakinlərə Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən cari ildə qəbul edilən, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəldilən qərarlar, eyni zamanda, problemli kreditlər sahəsində vətəndaşların maliyyə yükünün azaldılması, həmçinin müavinətlərin artırılması istiqamətində reallaşdırılan tədbirlər barədə ətraflı məlumat verib.  
Sonra rayonda, o cümlədən, Bülbülə qəsəbəsində görülməsi nəzərdə tutulan abadlıq-quruculuq işləri, habelə  sakinləri narahat edən müxtəlif məsələlər barədə səyyar qəbul-görüşün iştirakçıları ilə fikir mübadiləsi aparılıb  və qaldırılan məsələlərin həlli istiqamətində əlaqədar qurum və təşkilatların rəhbərlərinə tapşırıqlar verilib və onların həlli nəzarətə götürülüb.  

“Xalq qəzeti”

 

22 2019 11:48 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə