Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mark Esper: ABŞ regionda öz tərəfdaşlarını dəstəkləyir

Mark Esper: ABŞ regionda öz tərəfdaşlarını dəstəkləyir

 “The Guardian” nəşrinin məlumatına görə, Birləşmiş Ştatlar hökuməti ötən həftə Səudiyyə Ərəbistanındakı iri neft obyektlərinə pilotsuz uçuş aparatları vasitəsilə hücumlardan sonra Yaxın Şərqdə öz hərbi qulluqçularının sayını artırmaq qərarına gəlib. Mənbə yazır ki, rəsmi Pentaqon Səudiyyə Ərəbistanında əlavə hərbi kontingent yerləşdirəcəyini açıqlayıb.
ABŞ müdafiə naziri Mark Esper məsələni şərh edərkən deyib: “Prezident Tramp orada ABŞ qüvvələrinin yerləşdirilməsini bəyənib. Bu qüvvələr əsasən hava hücumundan və raketdən müdafiə məqsədilə göndəriləcək”.
O, həmçinin Yaxın Şərqə, xüsusən də, Səudiyyə Ərəbistanına nə qədər qoşun göndəriləcəyini deməyib. Lakin bildirib ki, Səudiyyə Ərəbistanı “müdafiə üçün əlavə dəstək göstərilməsini” xahiş edib. Nazir daha sonra əlavə edib ki, bu addım hamıya dəqiq siqnal olacaq: ABŞ regionda öz tərəfdaşlarını dəstəkləyir.
ABŞ müdafiə naziri qeyd edib ki, regionda əlavə hərbi kontingentin yerləşdirilməsi qlobal iqtisadiyyatın dəstəklənməsi üçün zəruri resurslar axınını təmin etməyə imkan verəcək. O, bu tədbirlərin kommersiya maraqları nəzərə alınmaqla həyata keçirildiyini söyləyib.

Rövşən ATAKİŞİYEV, “Xalq qəzeti”

 

22 2019 11:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə