Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə Prezidenti BMT Baş Assambleyasının iclasında iştirak edir

Rəcəb Tayyib Ərdoğanın bir sıra ikitərəfli və çoxtərəfli görüşləri də nəzərdə tutulub

Türkiyə Prezidenti BMT Baş Assambleyasının iclasında iştirak edir

Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 74-cü sessiyasında iştirak etmək üçün Nyu-Yorka gedib. Bu barədə Türkiyə Prezidenti Administrasiyasına istinadən “Anadolu”  agentliyi məlumat yayıb.

Məlumata görə, Ərdoğanın səfəri sentyabrın 21-dən 25-dək davam edəcək. Dövlət başçısının sentyabrın 23-də BMT-nin Baş katibi Antonio Quterreşin sədrliyi ilə keçiriləcək iqlim üzrə sammitdə iştirak edəcəyi gözlənilir. Türkiyə Prezidenti, eyni zamanda, Baş Assambleyanın sessiyası çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.
Sentyabrın 24-də Ərdoğan Baş Assambleyada çıxış edəcək, sonra isə BMT-nin Baş katibi ilə görüşəcək. Türkiyənin dövlət başçısı “Liderlərin dialoqu” adlı tədbirdə “Dayanıqlı inkişaf sahəsində uğurlara təsir edən ənənələr” mövzusunda çıxış edəcək.
Prezidentin səfər çərçivəsində bir neçə ikitərəfli və çoxtərəfli görüşlər keçirməyi də nəzərdə tutulur. Məsələn, Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri İmran Xanın sədrliyi ilə “Nifrət doğuran fikirlərə qarşı mübarizə” mövzusunda yüksək səviyyəli görüşün keçirilməsi də planlaşdırılır. Bundan əlavə, üçtərəfli Türkiyə-Malayziya-Pakistan görüşünün də təşkili gözlənilir.
Prezident Ərdoğanın ABŞ-dakı türk diasporunun, eləcə də müsəlman və yəhudi icmalarının nümayəndələri ilə görüşü, məşhur türk fotoqrafı Ara Gülərin sərgisinin açılışında və Türkiyə-ABŞ İşgüzar Şurasının təşkil etdiyi türk investisiya konfransında iştirakı da planlaşdırılıb.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

 

22 2019 11:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə