Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sergey Lavrov BMT Təhlükəsizlik Şurasını islahatlara çağırıb

Sergey Lavrov BMT Təhlükəsizlik Şurasını islahatlara çağırıb

“BMT Təhlükəsizlik Şurasında (TŞ) ciddi islahatlar aparılmalıdır”. RİA “Novosti”nin yaydığı məlumata görə, bu bəyanatla Rusiya Federasiyasının (RF) xarici işlər naziri Sergey Lavrov çıxış edib. XİN rəhbərinin fikrincə,  bu qurum Asiya, Afrika və Latın Amerikası ölkələrinin maraqlarını daha çox nəzərə almalıdır.
Mənbə yazır ki, Sergey Lavrov “Rossiya v qlobalnoy politike” (“Rusiya qlobal siyasətdə”) jurnalında çap olunmuş məqaləsində islahatların ilk ünvanının BMT TŞ olduğunu qeyd edərək, Qərbin bu qurumda əsassız təmsilçiliyini tənqid edib: “Bütün qərarlar BMT-yə üzv ölkələrin daha geniş dairəsinin qərarı ilə qəbul olunmalıdır. Bu kontekstdə dünya ticarətinin təkmilləşdirilməsi, planetimizin müxtəlif regionlarında inteqrasiya layihələrinin daha harmonik şəkildə həyata keçirilməsi lazımdır”. 
S.Lavrov vurğulayıb: “BMT TŞ-nin qərarları dövlətlərin iqtisadi gücü, ərazi ölçüsü və ya idarəçilik formasına görə qəbul edilə bilməz. Özlərini demokratiya etalonu kimi təqdim edən dövlətlərin bu və ya digər ölkələrdən onların “evlərində” Qərb meyarlarına görə qayda-qanun yaratmasını tələb etmək isə paradoksal vəziyyətdir. Dövlətlərarası demokratiyadan söz düşəndə isə onlar səmimi söhbətdən yayınır və beynəlxalq hüquq normalarını öz prizmalarından izah etməyə çalışırlar”.
Qeyd edək ki, Rusiya ilə yanaşı, Türkiyə və digər ölkələrin liderləri də BMT TŞ-də islahatlar aparılmasını təklif edirlər.

 

Mahmud QƏRİBOV, “Xalq qəzeti”

22 2019 11:38 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə