Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“UNEC ikili diplom proqramları” sərgisi

“UNEC ikili diplom proqramları” sərgisi

Azərbaycan Dövlət İqtisad Universitetində “UNEC ikili diplom proqramları” sərgisi keçirilib. 
Sərgidə UNEC rektoru, professor Ədalət Muradov, millət vəkili Fazil Mustafa, “APA Group”un rəhbəri Vüsalə Mahirqızı, UNEC İctimai Nəzarət Şurasının koordinatoru Etibar Əliyev, mətbuat nümayəndələri, tələbə, magistr və valideynlər iştirak ediblər.
Sərgidə UNEC-in Avropa və Amerikanın aparıcı universitetləri ilə bakalavr və magistratura pilləsi üzrə ikili diplom proqramları təqdim olunub. Sərgini ziyarət edənlərə UNEC-də bakalavr pilləsi üzrə London Unversiteti/London İqtisadiyyat Məktəbi, Fransanın Montpellier Universiteti, Fransanın ICD Beynəlxalq Biznes Məktəbi (Institut international du commerce et du développement) və Moskva Dövlət Humanitar İqtisad Universiteti ilə ikili diplom proqramları barədə ətraflı məlumat verilib. UNEC-in Montpellier Universiteti ilə ikili diplom proqramının məzun tələbələri ziyarətçilərə və qonaqlara proqramın üstünlüklərindən bəhs ediblər. 
Sərgidə UNEC-in magistr pilləsi üzrə ABŞ-ın Linkoln Universiteti, Fransanın Montpellier Universiteti, Litvanın Mikolas Romeris Universiteti (MRU), İsveçrənin UBİS (University of Business and International Studies) Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (BBTU) ikili diplom proqramları da nümayiş olunub. 
Professor Ədalət Muradov qonaqlara və jurnalistlərə sərgi barədə açıqlama verib. Bildirib ki, UNEC-in ikili diplomları barədə sərgi ilk dəfədir ki, təşkil olunur. Burada UNEC-in 8 xarici universitetlə magistr və bakalavr pilləsi üzrə ikili diplom proqramı təqdim olunur. Sərginin məqsədi tələbə və magistrlərə ikili diplomlar barədə ətraflı məlumat vermək, onların maraq və istəklərinə uyğun seçim etmələrinə dəstək göstərməkdir. Rektor bildirib ki, 4 illik təhsil müddətində tələbələr UNEC-in diplomu ilə yanaşı, ikili diplom proqramına qoşularaq nüfuzlu xarici universitetin də diplomunu əldə edə bilərlər. Eləcə də magistratura təhsilində UNEC ilə ABŞ-ın və ya Avropanın aparıcı universitetlərindən birinin diplomunu qazanmaq mümkündür.
Sərgini ziyarət edən qonaqlar UNEC-in ikili diplom proqramlarını yüksək qiymətləndirərək, bu imkanı tələbə və magistrlər üçün böyük uğur adlandırıblar. 
Sərgidə tələbələri maraqlandıran suallar cavablandırılıb, ikili diplomlar barədə bukletlər paylanılıb.

Elnarə Ömərova

 

22 2019 11:37 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə