Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Xatirən var” kitabı işıq üzü görüb

“Xatirən var” kitabı işıq üzü görüb

Tanınmış yazar Hafiz Hacxalılın “Xatirən var” adlı  yeddinci kitabı işıq üzü görüb.

Kitabda şairin Vətənə, doğma yurduna, doğulub boya-başa çatdığı el-obasına sevgi ilə yazılmış şeirləri, eləcə də publisistik oçerkləri, esseləri  də yer alır.

Şairin poetikasında vətənə məhəbbət, yurda sevgi, eləcə də doğulduğu yerlərə, indi əlçatmaz olan yurd yerlərimizə  həsrət özünəməxsus bədii boyalarla təsvir edilib.

Kitaba daxil edilmiş publisistik yazıların ana xəttində də vətənə, dövlətçiliyə bağlılıq, Azərbaycana məhəbbət üstünlük təşkil edir. Oçerk və esselərin bir çoxu daxili işlər orqanlarında xidmət etmiş veteranlar, torpaqlarımızın bütövlüyü uğrunda döyüşmüş, yaralanmış,  eləcə də şəhidlik zirvəsinə ucalmış vətənpərvər, xalqına və vətəninə bağlı Azərbaycan polislərinin həyat və mübarizəsindən bəhs edilir. Oçerklərin hər birinin qəhrəmanının həyat hekayəsi və fəaliyyəti yazıçı tərəfindən təsirli bir şəkildə qələmə alınıb və cəmiyyətimizdə sabitliyin və asayişin keşiyində ayıq-sayaq dayanan polislərin fədakar əməyi və məsuliyyətli işi bədii dillə oxuculara təqdim edilir.

Qeyd edək ki, yazar  1981-ci ildə qədim oğuz türk yurdu indiki Ermənistanın Uzunoba (Kalinino)  rayonunun  İlməzli (Dağ İlməzli) kəndində dünyaya göz açıb. “Sevgi dolu ürəyəm”, “Gözləmə nə vaxtsa qayıtmağımı”, “Atillaya məktub”, “Dərdimdən ölən dərdlərim”, “İşıq”, “Sevgi də bir Vətəndir” kitablarının müəllifidir.

Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin publisistika bölməsinin rəisidir.

 

Əfsanə BAYRAMQIZI,
 “Xalq qəzeti”

23 2019 11:26 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə