Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yeddi nəfər FHN əməkdaşları tərəfindən xilas edilib

Yeddi nəfər FHN əməkdaşları tərəfindən xilas edilib

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai, Suraxanı və Nizami rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. Bu barədə FHN-nin  rəsmi saytında bildirilib.

Dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən ikisi azyaşlı olmaqla 4 nəfərin liftdən çıxarılması təmin edilib.

Həmçinin, Bakı şəhərinin Qaradağ rayonunda 3 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşlara köməklik göstərib.

 

Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”

23 2019 11:24 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə