Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyədə 1500 illik İncil kitabı tapıldı

Türkiyədə 1500 illik İncil kitabı tapıldı

Türkiyə ərazisində ən azı 1500 yaşı olan İncil kitabı tapılıb.

İddiaya görə, kitabın tapılıb açılması Vatikanın heç də ürəyincə olmayıb. Hüquq-mühafizə orqanları əməkdaşları Müqəddəs Kitabı antik əşyaların satışı ilə məşğul olan qaçaqmalçıların tutulması zamanı aşkarlayıb.

Hazırda o, Türkiyə məhkəməsinin binasında yerləşir.

Məlumata görə, tapıntı Vatikanı ciddi maraqlandırıb və onlar kitabı müxtəlif bəhanələrlə almağa çalışıb.

Kitabda qalın dəri bağlayıcı var, ancaq səhifələr olduqca incədir - onlara zərər vermək çox asandır. Kitab iki dildə - aramik və assur dilində tərtib edilib.

Kitabın müəllifi haqqında müxtəlif mülahizələr var. Bəzi mənbələrə ğörə bu Varnavanidən olan həvaridir.

Müqəddəs kitabda çoxlu sayda maraqlı məlumatlar var. Məsələn, Varnava, İsanın heç vaxt Allahın Oğlu olmadığını, onun ancaq peyğəmbərlik missiyası verildiyini deyib.

Bundan başqa bildirilir ki, İsa heç zaman çarmıxa çəkilməyib, ancaq sağlam və diri vəziyyətdə cənnətə qaldırılıb. Çarmıxa çəkilən isə əslində Judas Iscariotun olub.

Vatikan isə bu kitabın saxta, oradakı məlumatların isə həqiqətə uyğun olmadığını iddia edir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

23 2019 11:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə