Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qusar teatrı mövsümə “Sönmüş talelər” ilə başlayıb

Qusar teatrı mövsümə “Sönmüş talelər” ilə başlayıb

Qusar Dövlət Ləzgi Dram Teatrı yeni mövsümə “Sönmüş talelər” tamaşası ilə başlayıb. Tamaşa Qusar Mədəniyyət Sarayında nümayiş etdirilib.

Yazıçı Rafiq Rəhimlinin əsəri əsasında hazırlanan tamaşada bəşəriyyəti məhvə sürükləyən narkotiklərin törətdiyi fəsadlar bir ailənin faciəsi fonunda öz əksini tapır.

Səhnə əsərinin quruluşçu rejissoru Əməkdar mədəniyyət işçisi Laləzar Hüseynova, quruluşçu rəssamı Marina Mahmudova, musiqi tərtibatçısı Şaiq Qardaşovdur.

Teatrın bədii rəhbəri Faiq Qardaşov bildirib ki, kollektiv bu mövsümdə tamaşaçılara dörd yeni səhnə əsəri təqdim edəcək. Tamaşalar Qusarla yanaşı, bölgənin digər rayonlarında da səyyar şəkildə nümayiş olunacaq.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 2019 12:04 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə