Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Festivalın ali mükafatını Azərbaycan kollektivi qazanıb

Festivalın  ali mükafatını Azərbaycan kollektivi qazanıb

Özbəkistanın qədim Xivə şəhərində "Rəqsin sehri" Beynəlxalq festivalı keçirilib.

Festivala dünyanın 20 ölkəsindən və Özbəkistanın regionlarından gələn rəqs ansamblları qatılıblar. Ölkəmizi həmin festivalda Əməkdar mədəniyyət işçisi Elçin Abbasovun rəhbərliyi ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı təmsil edib.Bu barədə Mədəniyyət Nazirliyindən bildirmişlər.

Festivalın təntənəli açılış mərasimi qədim "İçan Kala" Qoruq-Muzeyinin "Ata darvaza" giriş qapısının qarşısındakı meydanda olub.

İştirakçıları Özbəkistan mədəniyyət nazirinin müavini Azadbek Nazarbekov və Xarəzm vilayətinin hakimi Farxod Ermanov salamlayıb və onlara bu nüfuzlu festivalda uğurlar arzulayıblar.

Ölkəmizin Daşkənddəki səfirliyinin nəzdindəki Heydər Əliyev Mədəniyyət Mərkəzi direktorunun müavini Polad Zeynalov respublikamızda mədəniyyət və incəsənətə dövlət qayığsından danışıb, bu sahədə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd edib.

Festival çərçivəsində elmi-praktik konfrans, teatrlaşdırılmış şoular, xalq tətbiqi sənət nümunələrinin yarmarkası, Xarəzm yeməklərinin təqdimatı, bu sahələrdə ustad dərsləri və digər tədbirlər keçirilib.

Azərbaycan rəqqasları festivalda üç konsert proqramı təqdim ediblər.

Sonuncu gün keçirilən qala-konsertdə münsiflər heyətinin qərarı ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı festivalın ali mükafatına - Qran-priyə layiq görülüb.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 2019 12:02 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə