Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Qafqaz Albaniyası tarixi öyrənilir

Qafqaz Albaniyası tarixi öyrənilir

Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Bakı Gənclər Klubu" ictimai birliyi tərəfindən həyata keçirilən "Əsrlərin mirası - Qafqaz Albaniyası " adlı layihənin icrası davam edir. Layihə 21 gəncin - Bakı Dövlət Universiteti Tarix fakültəsi və digər ali təhsil ocaqlarının tələbələrinin iştirakı ilə 15 avqust -15 noyabr 2019-cu il tarixlərində  həyata keçirilir.

Layihənin məqsədi - gənc nəslin Qədim Qafqaz Albaniyası tarixinə, mədəniyyətinə və  ümumiyyətlə, milli irsimizə marağını artırmaq, gənclər arasında əsrlərdən miras qalmış tarixi və mədəni irsimizin təbliği və yerli əhalinin bu qiymətli abidələrin qorunmasına cəlb etməkdən ibarətdir. 

Bu məqsədlə layihə çərçivəsində sentyabr ayının birinci yarısında respublikamızın şimal-qərb bölgəsi - Şəki rayonunda tarixi düşərgə təşkil olunmuşdur. Düşərgənin açılışında layihə rəhbəri Azər Cavadov layihənin əhəmiyyəti, görüləcək işlər və bədnam qonşularımızın son zamanlar bu tarixi və mədəni irsə sahib çıxmağa çalışmaqları haqqında danışmış, məhz bu baxımdan Qafqaz Albaniyası  tarixi səhifəsinin gənclər tərəfindən yaxından öyrənilməsini müasir dövrün ən aktual tələbi olduğunu söyləmişdir. Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov Şəki rayonunda yerləşən, Qafqaz Albaniyasına aid olan abidələr və bu layihənin gənc tarixçilərin biliklərinin zənginləşməsində oynayacaq rolu haqqında fikir bildirmişdir. Layihənin təlimçisi Mədəniyyət Nazirliyinin rəsmi bələdçisi- Gülşən Abbasova  Şəki və ətraf rayonlarda yerləşən, Qafqaz Albaniyası tarixini əks etdirən abidələr və xarici qonaqların bu abidələrə göstərdiyi maraq haqqında fikirləri layihə iştirakçılarının nəzərinə çatdırmışdır. Layıhənin açılışından sonra layihə iştirakçıları Şəki, Oğuz, Qax, Qəbələ  rayon mərkəzləri və kəndlərinə səfərlər etmiş və burada yerləşən Qafqaz Albaniyası tarixi və mədəni irsini əks etdirən abidələr haqqında foto, video və tarixi məlumatlar əldə etmişdilər. Düşərgə 7 gün davam etmişdir.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 2019 12:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə