Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Dağlıq Qarabağ düyünü”

“Dağlıq Qarabağ düyünü”

ADA Universitetində “Dağlıq Qarabağ düyünü” kitabının (ingilis dilində) təqdimatı keçirilib. Kitabın müəllifləri ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin baş müəllimi Azər Babayev, Almaniyanın Sülh Tədqiqatları İnstitutunun ekspertləri Bruno Şox və Hans-Joakim Spangerdir.

ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadə kitab haqqında məlumat verib. Qeyd olunub ki, kitabın birinci hissəsində Dağlıq Qarabağ düyününün qaynaqları və münaqişənin həllinə dair geniş məlumat verilir. İkinci hissədə Aland, Bosniya və Herseqovina, Kosovo, Cənubi Tirol, Triyeste, Kipr, Şimali İrlandiya və Kvebekdə münaqişə halları nəzərdən keçirilir. Üçüncü hissəni isə alimlər “Nəticələr və qənaətlər: Dağlıq Qarabağdan çıxış yolu” mövzusuna həsr ediblər.

Sonra kitabın müəlliflərindən Bruno Şox və Hans-Joakim Spanger çıxış ediblər. Vurğulanıb ki, akademik nəşr Millətlər Liqası yarandığı vaxtdan bəri etno-ərazi münaqişələrinin həllində istifadə olunan siyasi modelləri araşdırır. Elmi tədqiqatın məqsədi Dağlıq Qarabağ düyününə aid ola biləcək həll mexanizmlərini üzə çıxarmaqdır.

Azər Babayev qeyd edib ki, nəşr Almaniyanın Sülh Tədqiqatları İnstitutu ilə uzun illər birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən elmi tədqiqat əsəridir. Beynəlxalq ictimaiyyətə akademik tövsiyə olan tədqiqatın nəticələri Dağlıq Qarabağ münaqişəsinin həlli yollarına həsr olunub.

Tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə heyətinin sədri Fərid Şəfiyev, ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev və başqaları kitab haqqında fikirlərini bölüşüblər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

21 2019 11:59 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə