Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mahir Hacıyev: yemləndirmə kor-koranə aparılmamalıdır...

Mahir Hacıyev: yemləndirmə kor-koranə aparılmamalıdır...

Aqrar Elm və İnnovasiya Mərkəzi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə "Yemləmədə innovativ yanaşma" mövzusunda elmi-praktik konfrans keçirib. Konfransda heyvandarlar, yerli yem zavodlarının, o cümlədən Gürcüstanın «Nutrimax» yem zavodunun nümayəndələri, alimlər, baytar, zootexnik ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.  

Konfransı giriş sözü ilə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev açaraq iri və kiçik təsərrüfatlarda yemləndirmənin əhəmiyyəti haqqında məlumat verib. İnstitutut rəhbəri qeyd edib ki, yemləndirmə kor-koranə aparılmamalıdır.O hər bir heyvanın yaş dövrünə uyğun təşkil edilməyəndə baş sayına düşən potensial məhsuldarlıq aşağı düşür, heyvanın təsərrüfat dövrü qısalır. Bunu əsas gətirən mütəxəssis hər bir heyvandara elmi baxımdan əsaslandırılmış rasionlar tətbiq etməyi tövsiyə edib.

Kənd təsərrüfatı nazirliyinin "Heyvandarlığın təşkili və monitorinqi» şöbəsinin müdiri Esmira Lətifova dövlət səviyyəsində həyata keçirilən tədbirlər barədə iştirakçıları məlumatlandırıb. Şöbə müdiri çıxışında qüvvəli yemləndirmənin iqtisadi əhəmiyyəti haqqında elmi məlumatları diqqətə çatdırıb.

Aqrar Elm və İnnovasiya Mərkəzinin şöbə müdiri Nicat Nəsirli təsərrüfatların iqtisadi baxımdan rentabelli fəaliyyət göstərməsi üçün rasiona uyğun yemləndirmə, yeni bəsləmə texnologiyalarının üstünlüyü, tövlə şəraitinin düzgün təşkili məsələsinə toxunub.  

Azərbaycan Dövlət Aqrar Universitetinin Elmi işlər üzrə prorektoru Ramin Məmmədov isə son illər təhsil ocağında gənc kadrların hazırlanması istiqamətində görülən işlərə toxunub və yerli şirkətləri universitetin məzunlarının işlə təmin olunmasında aktiv olmağa çağırıb.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Sevil Abbasquliyeva və «Nutrimax» MMC-nin «Heyvanların yemləndirilməsi» şöbəsinin müdiri Revaz Lapaçi alternativ yemləndirmə metodları haqqında təqdimatla çıxış ediblər.

ADAU, AMEA-nın Gəncə bölməsi, əkinçilik və baytarlıq elmi-tədqiqat institutları, «Yalama Aqroparkı», rayon dövlət aqrar inkişaf Mərkəzlərinin əməkdaşları müzakirə olunan mövzu ilə bağlı sual və təkliflərini səsləndiriblər.

Heyvandarların maarifləndirilməsi üçün belə tədbirlərin vaxtaşırı keçirilməsi qərara alınıb.

 

Hamlet Qasımov,
"
Xalq qəzeti"nin bölgə müxbiri

21 2019 11:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə