Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Pediatrlar Assosiasiyasının 17-ci Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi keçirilib

Beynəlxalq Pediatrlar Assosiasiyasının 17-ci Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi  keçirilib

Bakıda Beynəlxalq Pediatriya Assosiasiyasının 17-ci Avrasiya Konqresi və Türk Dünyası Pediatriya Konqresi (UNPSTR ) öz işinə start verib. Azərbaycan Konqreslər Bürosunun dəstək verdiyi tədbir Beynəlxalq Pediatriya Assosiyasiyası, Azərbaycan Tibb Universiteti, Türkiyə Milli Pediatriya Dərnəyi, "Medvoyage" tibbi turizm şirkətinin təşkilatçılığı ilə keçirilib. Azərbaycanın Dövlət Himni səsləndirilib və video çarxı yayımlanıb.

Azərbaycan Tibb Universitetinin (ATU) I uşaq xəstəlikləri kafedrasının dosenti Nigar Sədiyeva konqres haqqında məlumat verərək bildirib ki, toplantıya 40-a yaxın ölkədən məruzəçilər qatılıb. Ümumilikdə, 300-ə yaxın iştirakçısı olan konqresdə 17 müxtəlif interaktiv panel, sözlü, poster və məruzə panelləri, 2 konfransın keçirilməsi planlaşdırılıb.

Dünya Pediatriya Assosiasiyasının Prezidenti Enver Hasanoğlu konqresin mövzuunun dünyanın hər bir ölkəsi üçün aktual olduğunu bildirib: “Uşaqlar bizim istiqbalımızdır. Dünyada təqribən səkkiz milyard əhali var, bunların da 25 faizini uşaqlar təşkil edir. Aclıqdan, infeksion xəstəliklərdən əziyyət çəkənlər, qaçqın həyatı yaşayan körpələrimiz var. Bu uşaqlara kömək etmək üçün hər birimiz çox işləməliyik. Bu baxımdan, əldə olunan nailiyyətləri bölüşmək, təcrübəmizi paylaşmaq üçün belə yığıncaqların böyük əhəmiyyəti var”.

Dünya Pediatriya Assosiayasının prezidenti Enver Hasanoğluya, Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov və ATU-nun elmi işlər üzrə prorektoru Rauf Bəylərova təşkilatçılar tərəfindən plaketlər təqdim edilib.

Nadir Zeynalov ölkəmizin səhiyyə sahəsində aparılan islahatlar haqqında danışıb. O, səhiyyə naziri Oqtay Şirəliyevin konqresin işinə təbriklərini çatdıraraq tədbir iştirakçılarına uğurlar arzulayıb.

ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov bu konqresin pediatrların işinə böyük töhfə oluğunu, gələcəkdə bu tip simpoziumların sayının daha da artırılacağını bildirib.

K.Fəracova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, Türk Dünyası Pediatriya Birliyinin prezidenti, professor Nəsib Quliyev artıq 26 ildir azərbaycanlı və türk pediatrlarının iş birliyinin davam etdiyini bildirib. Bu cür ortaq konqreslərin təşkilinin artıq ənənə halını aldığını deyən N.Quliyev ölkəmizdə pediatriyanın uğurlarından da bəhs edib.

UNPSTR konqresinin əsas məqsədi uşaqların sağlamlığına dair mövcud problemlərin aşkarlanması və bu problemlərin həlli yollarını tapmaq üçün müxtəlif ölkələrdə fəaliyyət göstərən pediatrlar arasında mədəni və elmi əlaqələri genişləndirməkdir.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 2019 11:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə