• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 12.2 ° C / 79%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” mövzusunda konfrans

“Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” mövzusunda konfrans

Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və İSTAD--İstanbul Türkiyə-Azərbaycan Dərnəyinin təşkilatçılığı, Azərbaycan Mətbuat Şurası və Milli QHT Forumunun, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin dəstəyi ilə 15 sentyabr Bakının erməni-bolşevik birləşmələrindən azad olunmasının 100 illiyinə həsr olunmuş “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” mövzusunda konfrans keçirilib. 
Tədbirə Türkiyədən ölkəmizdə səfərdə olan qonaqlar da böyük heyətlə qatılıblar. Tədbir iştirakçıları öncə Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olanların ruhunu yad ediblər. 
ATXƏM-in sədri ­İlham İsmayılov ­1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ən ağır dönəmində Azərbaycana qardaş köməyinə gələn Qafqaz İslam Ordusunun xilaskar missiyasını tarixi faktlarla təhlil edib.Azərbaycan-Türkiyə qardaşlığına toxunan ATXƏM sədri qeyd edib ki, iki ölkə arasındakı münasibətlər hər zaman dünyaya örnək olub. Bildirib ki, “XXI əsr türk əsridir” – deyənlər zamanında bunun konturlarını cızıblar və bu gün biz mərhələ-mərhələ həmin hədəfə doğru irəliləyirik.
Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun ­Amaşov 15 ­sentyabrın tarixi əhəmiyyətindən danışıb. O, Azərbaycan və Türkiyənin çətin günlərdə bir-birinə yardım etdiyini deyib və qarşılıqlı münasibətlərin, əlaqələrin hər ötən gün daha da inkişaf etdiyini söyləyib. 
Tədbirdə çıxış edən Milli Məclisin deputatı, Beynəlxalq Avrasiya Araşdırmalar İnstitutunun sədri Qənirə Paşayeva bildirib ki, Nuru paşa haqqında müstəqil Azərbaycanın vətəndaşı olaraq bizim danışmağımız, yazmağımız ona olan vəfa borcumuzdur. 
Ənvər paşanın nəvəsi Arzu Ənvər Əroğan tədbirdə çıxışında deyib ki, heç bir ölkədə Azərbaycandakı kimi xoşbəxt olmadım. Babalarımın Azərbaycan ilə ürəkdən bağlılığını yaxşı anlayıram. Çünki onlar Azərbaycanı öz dövlətləri hesab etdilər. Osmanlı dövləti özünün ağır günlərində Nuru paşanın komandanlığı altında Azərbaycana ən güclü ordusunu göndərdi. 
Daha sonra çıxış edən natiqlər – MQF sədri Rauf Zeyni, İSTAD sədri Səfər Karakoyunlu, Bahaddin Miral və digər ziyalılar da 15 sentyabr tarixinin əhəmiyyətindən, Türkiyə-Azərbaycan dostluq və qardaşlığından bəhs etdilər. 
Konfrans Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Qafqaz İslam Ordusu və Bakının qurtuluşu – 100” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirildi.
 

Ü.VAHİDQIZI,
“Xalq qəzeti”

13 2018 20:32 - XƏBƏRLƏR
XƏBƏRLƏR
17 Noyabr 2018 | 22:53
Naxçıvanda payız iməciliyi

Ən son xəbərləri səhifəmizdən də izləyin