Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbir keçirilib

Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbir keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində 21 Sentyabr - Beynəlxalq Sülh Gününə həsr olunmuş tədbir keçirilib.

BMT tərəfindən 1981-ci ildə təsis olunan Beynəlxalq Sülh Gününün məqsədinin dünyada sülh və əmin-amanlıq naminə səylərin daha da artırılması, sülh mədəniyyətinin geniş təbliği olduğu bildirilib. Vurğulanıb ki, Azərbaycan da sülhsevər və tolerant bir ölkədir. Ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğalı davam edən Azərbaycan güclü orduya malik olmasına baxmayaraq, bu münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında sülh yolu ilə həlli istiqamətində səylər göstərir.

Tədbirdə, həmçinin mərkəzdə peşə reabilitasiyası keçən gənclərin “Sülh aylığı” çərçivəsində hazırladıqları, sülh, əmin-amanlıq arzularının əks olunduğu əl işləri təqdim olunub.  Gənclər sülh mövzusunda ədəbi-musiqili kompozisiya ilə çıxış ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 2019 11:21 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə