Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir Qubadakı Uşaq günərzi qayğı mərkəzinə baş çəkib

Nazir Qubadakı Uşaq günərzi qayğı mərkəzinə baş çəkib

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Quba Rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev Quba şəhərindəki Uşaq Günərzi Qayğı Mərkəzinin fəaliyyəti ilə tanış olublar.  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” istiqaməti üzrə sosial xidməti sifarişini Quba şəhərində “Ailə” Sosial Araşdırmalar İctimai Birliyi həyata keçirir.

Mərkəzə bir, yaxud hər iki valideynini itirmiş və inteqrativ təhsilə cəlb oluna bilən sağlamlıq imkanları məhdud 30 uşaq cəlb edilib. Burada həssas qruplardan olan uşaqların asudə vaxtlarının təşkili üçün mütəmadi olaraq müxtəlif ekskursiyalar, gəzintilər, cizgi filmlərinin nümayişi reallaşdırılır. Mərkəzin əməkdaşları və uşaqların valideynləri üçün təlimlər təşkil edilir, onların bilik və bacarıqlarının artırılması məqsədilə tədbirlər həyata keçirilir.

Qayğı mərkəzinin kollektivi ilə görüşündə nazir S.Babayev Prezident İlham Əliyevin “Xüsusi qayğıya ehtiyacı olan uşaqlara və digər şəxslərə göstərilən sosial xidmətlərin genişləndirilməsi üçün əlavə tədbirlər haqqında” 1 iyun 2019-cu il tarixli sərəncamının ölkəmizdə reabilitasiya yönümlü sosial xidmətlərin əhatə dairəsinin dəfələrlə artmasına şərait yaratdığını vurğulayıb. Nazir sərəncamın icrası işləri çərçivəsində respublikamızda günərzi qayğı mərkəzlərinin sayının da iki dəfədən çox artırılaraq 28-dən 58-ə çatdırılacağını, günərzi mərkəzləri şəbəkəsinin bölgələr üzrə genişləndiriləcəyini, həmçinin yeni sosial xidmət istiqamətləri üzrə mərkəzlərin yaradılacağını  deyib.

Mərkəzdə yaradılmış şəraiti, buradakı günərzi qayğı xidmətlərini, uşaqlarla aparılan işləri nəzərdən keçirən  S.Babayev göstərilən reabilitasiya yönümlü sosial xidmətlərlə bağlı müvafiq tapşırıqlar verib.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 2019 11:19 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə