Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sahil Babayev Qubada proqram çərçivəsində yaradılmış təsərrüfatlarda olub

Sahil Babayev Qubada proqram çərçivəsində yaradılmış təsərrüfatlarda olub

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Quba Rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyev rayonda özünüməşğulluq proqramı çərçivəsində yaradılmış təsərrüfatlara baxış keçiriblər.

Ötən il Quba rayonunda 148 ailə özünüməşğulluq proqramına cəlb edilib. Vətəndaşlar verilmiş aktivlər hesabına kiçik ailə təsərrüfatlarını yaradıblar. Cari ilin ötən dövründə isə rayonda artıq 100-ə yaxın işsiz və işaxtaran şəxs proqrama cəlb olunub. Onların bir qısmi təlimi başa vuraraq aktvlərlə təmin edilib, digərləri isə növbəlilik əsasında təlimlərdə iştirak edəcəklər. Yaradılan təsərrüfatların böyük əksəriyyəti kənd təsərrüfatı, qalan hissəsi isə xidmət sahələrinə aiddir.

S.Babayev özünüməşğulluq proqramı iştirakçıları ilə görüşüb. Qeyd edib ki, dövlət başçısının tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı aztəminatlı ailələrin kiçik biznesə çıxışına geniş imkanlar yaratmaqdadır. Proqrama cəlb olunanların sayı bundan sonrakı dövrdə də ildən-ilə artırılacaq. Nazir bildirib ki, əsas məqsəd həssas qrupların dövlətin dəstəyindən faydalanaraq məşğulluğunu təmin etmək və rifah halını yaxşılaşdırmaqdır.

Vətəndaşlar bu mühüm sosial proqramın onların həyatında önəmli rol oynadığını qeyd ediblər. Proqram iştirakçıları yaradılan şəraitə, göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

21 2019 11:14 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə