Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhlükəsizlik zonalarının yaradılmasının ləngiməsi yolverilməzdir

Hulusi Akar Suriyanın şimalında bu istiqamətdə gedən prosesləri şərh edib

Təhlükəsizlik zonalarının yaradılmasının ləngiməsi yolverilməzdir

Türkiyə milli maraqları təmin olunana qədər Suriyanın şimalında təhlükəsizlik zonalarının formalaşdırılması ilə bağlı danışıqları davam etdirəcək. Bu sözləri milli müdafiə naziri Hulusi Akar deyib. Məlumatı “Anadolu” agentliyi yayıb. 

Nazir vurğulayıb ki, gecikmə və yayınma halları baş verərsə, o zaman Türkiyə Amerika Birləşmiş Ştatları ilə bu istiqamətdəki birgə fəaliyyətini dayandıracaq. 
Bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, zərurət yaranarsa, Türkiyə dövləti təhlükəsizlik zonalarının yaradılmasını özü təkbaşına həyata keçirə bilər. Hulusi Akar bununla bağlı qeyd edib ki, Türkiyənin artıq “B” və “C” planları hazırdır. 
Nazirin sözlərinə görə, Ankara Vaşinqtonun bəyanatlarını diqqətlə izləyir və İdlibdə Münbic və Rəkkada baş verənlərin təkrar olunmasını istəmir. 
H.Akar, həmçinin qeyd edib ki, Türkiyə hökuməti Suriyanın ərazi bütövlüyünün saxlanılmasının tərəfdarı kimi çıxış edir. Lakin Ankara heç bir vəchlə regionda “terror dəhlizi”nin yaradılmasına imkan verməyəcək. 
Türkiyəli nazir ölkəsinin son məqsədinin Suriyanın şimalında PKK, PYD və YPG terror təşkilatlarının mövcudluğuna imkan verməmək olduğunu bildirib. Onun fikrincə, terror qurumlarının məhv edilməsi suriyalı qaçqınların doğma yurdlarına qayıtmasına imkan verəcək. 

M.HACIXANLI, 
“Xalq qəzeti” 

 

 

21 2019 10:33 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə