Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ərəb koalisiyası husilərin hərbi obyektlərinə qarşı əməliyyata başlayıb

Ərəb koalisiyası husilərin hərbi obyektlərinə qarşı əməliyyata başlayıb

Ərəb koalisiyası Yəmənin Xodeyda liman şəhərindəki hərbi obyektlərə qarşı əməliyyata başlayıb. Bu barədə “Əl-Ərəbiyyə”yə istinadən “İnterfaks” xəbər verib.
Koalisiyanın nümayəndəsi Türki əl-Maliki bəyan edib ki, həyata keçirilən hərbi əməliyyat beynəlxalq hüquq normalarına uyğundur. O, mülki əhalini əməliyyatın keçirildiyi ərazidən uzaqlaşmağa çağırıb.
Türki əl-Malikinin sözlərinə görə, koalisiya qüvvələri məsafədən idarə olunan katerlərin və dəniz minalarının yığıldığı dörd montaj meydanını məhv edib. Ər-Riyadın Ərəb koalisiyası husilərin hərbi obyektlərinə qarşı əməliyyata başlayıb, həmin obyektlərin məhvi dənizdə gəmilərin azad hərəkətinə kömək edəcək.
Türki əl-Maliki onu da bildirib ki, bir qədər əvvəl koalisiya qüvvələri husilər tərəfindən Qırmızı dənizin cənubunda terror aktı törədilməsi cəhdini pozublar.
Eyni zamanda, Yəməndəki husi qiyamçıları sentyabrın 14-də Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin obyektlərinə hücuma görə məsuliyyəti öz üzərlərinə götürüblər. Hücum nəticəsində Səudiyyə Ərəbistanında neft hasilatına çox ciddi ziyan dəymişdi. Ancaq rəsmi Ər-Riyad sentyabrın 18-də bəyan etmişdi ki, neft obyektlərinə raket hücumu Yəməndən həyata keçirilməyib. Bununla belə, husilər israr edirlər ki, bu, məhz onların əməlidir.
Xatırladaq ki, Yəməndə silahlı münaqişə 2014-cü ilin martından davam edir. Səudiyyə Ərəbistanı isə münaqişəyə 2015-ci ildən qoşulub. Onun və BƏƏ-nin başçılıq etdiyi koalisiya qiyamçı husilərə qarşı mübarizədə Yəmən Prezidenti Abda Rabbo Mansur Hadiyə dəstək verir.

 

Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

21 2019 10:31 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə