Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Üçüncü gün zəngin repertuarla yadda qaldı

Beynəlxalq festivalın gündəliyi

Üçüncü gün zəngin repertuarla yadda qaldı

Məlum olduğu kimi, sentyabrın 15-dən 30-dək Azərbaycanda Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı keçirilir. Festivalın üçüncü gününün proqramamına uyğun olaraq Azərbaycan Bəstəkarlar İttifaqında Əməkdar incəsənət xadimi, akademik Zemfira Səfərovanın “Azərbaycan musiqi tarixi” kitabının IV cildinin təqdimat mərasimi oldu.

Təqdimat mərasimində akademik Teymur Kərimli, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru Ertəkin Salamzadə, Əməkdar incənəsət xadimi, sənətşünaslıq elmləri doktoru Tariyel Məmmədov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsəsənət xadimi Zemfira Qafarova  və  başqaları çıxış edərək bildirmişlər ki, bu  kitab   milli  musiqi  tariximiz barədə gərgin yaradıcı əməyin məhsuludur. Qeyd olunub ki,  bu  cilddə 50-60-cı illərdən sonra formalaşmış bəstəkarlarımızın yaradıcılığının və bu dövrün musiqi həyatının ümumi mənzərəsi, mövcud janrların təhlili və inkişaf təmayülləri yer alıb.  Kitabda maraqlı  fotolar, not nümunələri, Azərbaycan və xarici dillərdə ədəbiyyat nümunələri də yer almışdır.
Tədbir Bəstəkarlar İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə reallaşmışdır.
Festival  çərçivəsində Kamera və Orqan Musiqisi zalında orqan musiqi axşamı təşkil olunmuşdur. Tədbirdə Rusiyanın fortepiano və orqan ifaçısı, beynəlxalq müsabiqələr laureatı Yevgeni Avramenkonun konsert proqramı nümayiş olunmuşdur.
Beynəlxalq Muğam Mərkəzində beynəlxalq müsabiqələr laureatı, pianoçu Filip Kopaçevski (Rusiya) çıxış etmişdir. Konsertin proqramına Frederik Şopen, İohannes Brams, Edvard Qriq və Qriqori Qinzburqun əsərləri daxildir.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Ü.Hacıbəylinin “O olmasın, bu olsun” ikipərdəli musiqili komediyası nümayiş olunmuşdur. Əsrlərin sınağından çıxmış bu səhnə əsəri uzun illər müxtəlif rejissorların təqdimatında nəinki ölkəmizin, həmçinin dünyanın bir çox teatrlarında göstərilib və böyük rəğbətlə qarşılanıb. Qeyd edək ki, sonuncu quruluşun premyerasından – 1998-ci ilin dekabr ayından indiyə qədər teatrın repertuarında uğurla nümayiş olunan tamaşanın rejissoru Xalq artisti, "Şöhrət" ordenli Cənnət Səlimovadır. 
Dünən  63 -cü dəfə  nümayiş etdirilən  tamaşada Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı (Sənəm), Əməkdar artist, "Zirvə” mükafatı laureatı Şövqi Hüseynov (Məşədi İbad) və teatrın digər peşəkar aktyorları – Əməkdar artistlər  – Ələkbər Əliyev, Novruz Qartal, Əzizağa Əzizov, Əkbər Əlizadə, Nadir Xasıyev və başqaları çıxış etmişlər.
Səhnə əsərində, həmçinin, İran İslam Respublikasının böyük gülüş ustası, Babək Nəhreyn hambal obrazını  canlandırmışdır.
Festival davam edir.

M.MÜKƏRRƏMOĞLU, 
“Xalq qəzeti”

21 2019 10:30 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə