Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daxili İşlər Nazirliyinin Tibb İdarəsi 2019-cu ilə dərman preparatları, sarğı ləvazimatları, şəkərli diabet üçün dərman və tibbi təyinatlı vasitələrin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

Daxili İşlər Nazirliyinin Tibb İdarəsi 2019-cu ilə dərman preparatları, sarğı ləvazimatları, şəkərli diabet üçün dərman və tibbi təyinatlı vasitələrin satın alınması məqsədilə AÇIQ TENDER ELAN EDİR

 Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: 

-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu. 
Müqavilənin yerinə yetirilmə müddəti- 31 dekabr 2019-cu ilə kimidir.
Tenderlə əlaqədar məlumat almaq üçün elektron qaydada əlaqələndirici şəxsə müraciət etmək olar.
Əlaqələndirici şəxs- Nadir İskəndərov.
Ünvan- Bakı şəhəri, Azadlıq prospekti 161.
Tender 1 (bir) lot üzrə keçiriləcəkdir.
Lot- 1 . Dərman preparatları, sarğı ləvazimatları, şəkərli diabet üçün dərman və tibbi təyinatlı vasitələrin satın alınması.
Maraqlananlar tenderin əsas şərtlər toplusunu (əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır) tenderdə iştirak üçün elektron formada müraciət etdikdən və aşağıda qeyd olunan hesaba 150 (yüz əlli) manat məbləğdə vəsaiti ödədikdən sonra dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron qaydada ala bilərlər. Ödənilmiş iştirak haqqı heç bir halda geri qaytarılmır. 
• Hh- AZ88CTRE00000000000002078508
• VÖEN- 1700341621
• VÖEN- 1401555071
• Bank- Dövlət Xəzinədarlığı Agentliyi
• Kod- 210005
• M/h- AZ41NABZ01360100000000003944
• S.W.İ.F.T- CTREAZ22
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər.
-iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən ən azı 30 (otuz) bank günü çox olmalıdır);
-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər. 
Bu sənədlərə aşağıdakılar daxildir:
-malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
-malgöndərənin (podratçının) ixtisas göstəricilərinə aid məlumat (bu məlumatlar tenderin əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim edilməlidir).
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
-vergilər nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına aid rəsmi arayış; 
- Sosial Müdafiə Fonduna borcu olub-olmaması barədə arayış;
 -iddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 11 oktyabr 2019-cu il saat 17.00-a kimi tender komissiyasına dövlət satınalmalarının vahid internet portalı vasitəsilə elektron formada təqdim etməlidirlər. 
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 21 oktyabr 2019-cu il saat- 17.00-a qədər elektron portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet portalı vasitəsilə qəbul olunmayacaqdır.
Təklif zərfləri 22 oktyabr 2019-cu il saat 11.00-da elektron portal vasitəsilə açılacaqdır.

Tender komissiyası

21 2019 10:18 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
23 Oktyabr 2019 | 10:40
B İ L D İ R İ Ş

Köhnə versiyamızdan xəbərləri izlə