Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əsrin müqaviləsi” Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdi

“Əsrin müqaviləsi”  Azərbaycan iqtisadiyyatının inkişafına təkan verdi

1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”ni ümummilli lider Heydər Əliyevin şah əsəri adlandıranlar haqlıdırlar. Keçən əsrin 90-cı illərinin anarxiya və xaosu, xarici müdaxilə, daxili ictimai-siyasi qeyri-sabitlik, iqtisadi böhran içində boğulan Azərbaycan məhz bu müqavilənin imzalanmasından sonra iqtisadi inkişaf yoluna çıxa bildi. Bu da ulu öndər Heydər Əliyevin siyasi iradəsi nəticəsində baş verdi. 

Heydər Əliyev faktik olaraq Azərbaycanın müstəqilliyi dövründə özünün yeni neft strategiyasını irəli sürdü ki, onun sayəsində ölkəmizin neft sənayesinin inkişafına aparıcı xarici ölkələrin neft şirkətlərini cəlb etmək, iqtisadi və maliyyə imkanları tamamilə tükənmiş Azərbaycan iqtisadiyyatına güclü sərmayə axınını təmin etmək mümkün oldu. Əks halda həm tənəzzülə uğramış neft sənayemizi, həm də ümumiyyətlə iqtisadiyyatımızı ayağa qaldırmaq çətin olacaqdı. 
Beləliklə, ümummilli liderin apardığı gərgin işlərdən sonra dünyanın 7 ölkəsinin 11 beynəlxalq şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalandı. Bunlar Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç və Səudiyyə Ərəbistanının ARDNŞ, Amoco, BP, McDermott, UNOCAL, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta şirkətləri idi. 
Bundan sonra Azərbaycan neftinin ixracı ilə bağlı yeni kəmərlərin çəkilməsi məsələsi gündəmə gəldi, Bakı–Supsa, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəmərləri istifadəyə verildi. Bu istiqamətdə ölkəmizə yeni-yeni sərmayələrin cəlb edilməsi ilə həm neft-qaz sənayemiz inkişaf etdi, həm də ümumi sosial-iqtisadi durumumuz yaxşılaşdı. Tezliklə Azərbaycan postsovet məkanında ən sürətlə inkişaf edən ölkəyə çevrildi. Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə isə neft kapitalının insan kapitalına çevrilməsi, eləcə də insanlarımızın rifah halının yüksəldilməsi  istiqamətində sanballı addımlar atıldı. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə öz töhfələrini verdi. Bu gün də Heydər Əliyevin neft strategiyası ölkəmizə öz faydalarını verməkdədir. Qədirbilən xalqımız ulu öndərin bu böyük xidmətlərini həmişə yüksək qiymətləndirir. 

 

Naməd PAŞAYEV, 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti geoloji kəşfiyyat fakültəsinin dekanı 

 

21 2019 10:06 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə