• USD: 1.7000
  • EUR: 1.9267
  • RUB: 0.0258
  • TRY: 0.3163
  • Bakı + 14 ° C / 75%

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəsimi rayonunun təhsil sahəsində uğurları ildən-ilə yüksəlir

Nəsimi rayonunun təhsil sahəsində uğurları ildən-ilə yüksəlir

Nəsimi Rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş iclasında ötən tədris ilinin yekunları və yeni dərs ilinə hazırlığın vəziyyəti müzakirə olunmuşdur. Toplantıda Nəsimi rayonu məktəblərinin bu il yüksək balla ali məkbəblərə daxil olmuş məzunları təbrik edilmiş, onlara hədiyyələr təqdim olunmuşdur.
İclası giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə formalaşdırdığı mükəmməl təhsil strategiyasının məqsədi ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və müasir təhsilli gənc kadrların yetişdirilməsi olmuşdur. Təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını vurğulayan ulu öndər sahənin hərtərəfli inkişafına həmişə böyük diqqət və qayğı göstərmişdir. Böyük rəhbərin bu siyasətini günün çağırışları səviyyəsində davam etdirən Prezident İlham Əliyevin “maddi dəyərlərin, iqtisadi potensialın insan kapitalına çevrilməsi” xətti milli təhsilimizə daha böyük uğurlar qazandırır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində də təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi xüsusi yer tutur.
Rayon rəhbəri daha sonra bildirmişdir ki, son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrin əsaslı təmiri geniş miqyas almışdır. Ölkənin hər guşəsində şagirdlərin istifadəsinə müasir məktəb binaları, tədris avadanlıqları, sürətli internet, yeni kompüterlər, elektron lövhələr, zəngin fondu olan kitabxanalar, laboratoriyalar və idman zalları verilmişdir. Nəsimi rayonunun orta məktəblərində də şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, təhsilin maddi-texniki bazasının yeniləşdirilməsi həmişə diqqət mərkəzində olmuşdur. Rayonda 8 ali, 26 tam orta, 2 xüsusi məktəb, 2 musiqi məktəbi və 33 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Yaradılan şəraitin bəhrəsi ildən-ilə yüksəlməkdədir.
Asif Əsgərov ali məktəblərə builki qəbul kampaniyasının Nəsimi rayonu üçün də uğurlu keçdiyini qeyd edərək tələbə adını qazanan məzunları, onların valideynlərini və müəllimlərini təbrik etmişdir.
Başçı qeyd etmişdir ki, ötən tədris ilində rayonun orta məktəblərini 1561 nəfər şagird bitirmiş, onlardan 1083 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 191-i ­500-dən, 73-ü 600-dən, 23-ü 650-dən çox, 2 nəfəri isə 700 bal toplamışdır. Məzunlardan 261-i xarici ölkələrin müxtəlif ali məktəblərinə daxil olmuşdur. Bu il ali məktəblərə qəbul imtahanları zamanı Texniki Humanitar Liseydən 38 nəfər, 54 saylı məktəbdən 15 nəfər, Elitar Gimnaziyadan 13 nəfər, 5 saylı məktəbdən 13 nəfər, BSU MLK-dən 11 nəfər, 164 və 240 saylı orta məktəblərdən 10 nəfər 500-dən çox bal toplamışdır. Nəsimi rayonunun 6 məzunu orta təhsili qızıl medalla başa vurmuşdur.
Toplantıda 35 saylı tam orta məktəbin məzunu, qəbul imtahanlarında 696 bal toplamış Röya Mirtalıbova, Texniki Humanitar Liseyin direktoru Səidə Zeynalova və digər çıxış edənlər bildirmişlər ki, bu gün ölkəmizdə gənclərin yaxşı təhsil alması, vətənpərvər böyüməsi üçün hər cür şərait yaradılmışdır. Təhsil quruculuğu sahəsində görülən işlərin nəticəsidir ki, Azərbaycan gəncləri savadlı, geniş dünyagörüşlü, fiziki cəhətdən sağlam və əsl vətənpərvərlər kimi formalaşırlar. Məzunlar, onların müəllimləri və valideynləri təhsil müəssisələrində yaradılan şəraitə və sahənin yüksək inkişafına göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse- prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda builki qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara Nəsimi Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri, təhsildə fərqlənən və rayon ərazisində yaşayan, sosial qayğıya ehiyacı olan ailələrdən olan 500 şagirdə məktəbli forması təqdim edilmişdir.

R.TAHİR, “Xalq qəzeti”

13 2018 20:29 - XƏBƏRLƏR
XƏBƏRLƏR
16 Noyabr 2018 | 11:28
Uğurun açarı – Özgüvən

Ən son xəbərləri səhifəmizdən də izləyin