Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xaçmazlı fermerlərə güzəştli şərtlərlə 60 tonadək mineral gübrə satılıb

Xaçmazlı fermerlərə güzəştli şərtlərlə 60 tonadək mineral gübrə satılıb

Səyyar satışdan yaralanan xaçmazlı təsərrüfatçılar ammofos və nitroammofoska kimi mövsümi gübrələri 70 faiz güzəştlə əldə ediblər.

Sentyabrın 20-də “Aqrolizinq” ASC tərəfindən Xaçmaz rayonunda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı həyata keçirilib. Susayqışlaq kəndində təşkil olunan səyyar satışda rayonun 5 kəndindən olan fermerlərə 60 tonadək mineral gübrə satılıb.

“Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin sakinlərə cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı Quba, Qusar, Şabran və Siyəzən rayonlarında olacaq.

 

V.BAYRAMOV,
“Xalq qəzeti”

20 2019 16:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə