Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın rəsmi “Twitter” səhifəsi yaradılıb

Azərbaycan-Türkiyə Birgə Hökumətlərarası Komissiyanın rəsmi “Twitter” səhifəsi yaradılıb
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti ilə yaxından tanış olmaq üçün Nazirlər Kabinetinin Mətbuat xidməti tərəfindən Komissiyanın ayrıca operativ informasiya resursu – AzeTurCommission (@AzeTurCom)  “Twitter”  səhifəsi yaradılıb.  
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanın 52 ölkə ilə mövcud hökumətlərarası komissiyalarının  təcrübəsində bu, bir yenilikdir. Bu rəsmi “Twitter”  hesabından Birgə Hökumətlərarası Komissiyanın fəaliyyəti, o cümlədən iki qardaş ölkənin hərtərəfli əlaqələri ilə bağlı ən son məlumatlar, hadisələr, əlamətdar günlər haqqında məlumatlar paylaşılır. Məqsəd virtual aləmin müasir imkanlarından istifadə edərək, Azərbaycan–Türkiyə qardaşlığı və strateji müttəfiqliyi, komissiyanın fəaliyyəti, əməkdaşlığımızın ən müxtəlif sahələrində əldə olunan nailiyyətlər barədə hər iki ölkənin ictimaiyyətinə operativ məlumat çatdırmaqdır. 
Xatırladaq ki, 1992-ci il noyabrın 2-də Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq Sazişi”nə uyğun olaraq, Birgə Komissiyanın yaradılmasına qərar verilib. 1996-cı il aprelin 12-də hər iki ölkənin prezidentlərinin sərəncamları ilə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılıb. Komissiyanın ilk iclası 1997-ci il fevralın 26-da Ankarada baş tutub.
  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 18 mart tarixli sərəncamı ilə komissiyanın yeni tərkibi təsdiqlənib və Azərbaycan tərəfdən komissiyaya həmsədr Baş Nazir Novruz Məmmədov təyin olunub. Türkiyə tərəfindən isə həmsədr vəzifəsini Vitse-prezident Fuad Oktay həyata keçirir. Məlumat üçün qeyd etmək lazımdır ki, bu vaxtadək Azərbaycan Respublikası ilə xarici ölkələr arasında Hökumətlərarası Birgə Komissiyalardan yalnız Gürcüstanla Birgə Komissiyaya Baş Nazir sədrlik edirdi. Türkiyədə yeni təsis olunmuş vəzifə olan Vitse-prezident isə regionda Azərbaycanla yanaşı, Mərkəzi Asiya ölkələri – Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistanla Birgə Komissiyalara həmsədrlik edir.
 
AZƏRTAC
20 2019 14:12 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə