Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Budapeştdə Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib

Budapeştdə Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib

Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarov Budapeştdə Türk Şurasının Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında iştirak edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov iclasda çıxış edərək ilk dəfə olaraq Budapeştdə keçirilən Türk Şurası Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclasında iştirak etməkdən məmnunluğunu ifadə edərək deyib: “Bu görüşdən sonra Macarıstanın baş naziri Viktor Orbanın Türk Şurasının Qırğızıstanın Çolpan-Ata şəhərində keçirilən sonuncu zirvə görüşü zamanı irəli sürdüyü təşəbbüsünə əsasən, təşkilatın Budapeştdə nümayəndəliyinin açılış mərasimi olacaq. Bu təşəbbüs və Türk Şurasında müşahidəçi statusu Macarıstanın Türk Əməkdaşlıq Təşkilatları və üzv ölkələri ilə yaxın və hərtərəfli münasibətlər qurmaq qətiyyətini nümayiş etdirir.
Türk Şurasının Avropanın ürəyində - Budapeştdə nümayəndəlik ofisinin açılması böyük bir hadisədir və Avropada Türk dünyasının baxışını təqdim edən məhz Macarıstan olacaq.
Əminik ki, bu ofis yalnız Macarıstan və üzv dövlətlər arasında davam edən əməkdaşlığın dərəcəsinin artırılması deyil, eyni zamanda, Türk Şurasının Macarıstanla əlaqələrinin genişləndirilməsi mexanizmi kimi xidmət edəcək, həmçinin Avropa institutları və Avropa İttifaqı ilə əlaqələrin möhkəmləndirilməsində müstəsna rol oynayacaq.
Bu yaxınlarda Türk Şurasının Yüksək səviyyəli Məmurlar komitəsinin iclasında müzakirə olunan və nümayəndəliyin hüquqi əsasını təşkil edən “Ev sahibi ölkə Sazişi” və digər əlavə sənədlərə gəlincə, ümid edirik ki, bu sənədlər tezliklə qəbul ediləcək.
Ötən zirvə görüşündən bəri media və informasiya məsələlərinə məsul olan nazirlərin toplantısı, Naxçıvanda Birinci Gənc Liderlər Forumu, Özbəkistan, Türkmənistan və Macarıstandan da diplomatların qatıldığı Gənc Diplomatların 6-cı Birgə Təlim Proqramı Azərbaycanda keçirilib.
Məlum olduğu kimi, Türk Şurasının 7-ci Zirvə toplantısı cari il oktyabrın 15-də Bakıda keçiriləcək. Fürsətdən istifadə edərək, 7-ci Zirvə görüşünə evsahibliyi edəcəyimizdən böyük şərəf duyduğumuzu vurğulamaq istərdim, çünki bu toplantının Türk Şurasının yaradılması haqqında Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf etməsini xüsusi hadisə hesab edirik. Həmçinin Özbəkistan Respublikasının 7-ci Zirvə görüşündə Türk Şurasının tamhüquqlu üzvü olmaq qərarı, eləcə də zirvə ərəfəsində Macarıstanda nümayəndəliyin açılması diqqətəlayiq hadisələrdir.
İnanıram ki, bu hadisələr Türk Şurasının doğru yolda olduğunun göstəricisidir, Özbəkistan və Macarıstan təşkilatın tədbirlərində iştirak edən sonuncu ölkələr olmayacaq”. 

 

AZƏRTAC

20 2019 14:11 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə