Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

AZAL-ın dəstəyi ilə “e-Commerce& Travel – 2019” adlı geniş konfrans keçirilmişdir

AZAL-ın dəstəyi ilə “e-Commerce& Travel – 2019” adlı geniş konfrans keçirilmişdir

Sentyabrın 19-da “Sheraton Baku ­Airport” otelində turizm sektorunda e-ticarət mövzusuna həsr edilmiş geniş “e-Commerce & Travel - 2019” konfransı keçirilmişdir. Tədbir “Azərbaycan Hava Yollları”nın baş tərəfdaşlığı, “Smart Solutions”, “Amadeus” və “Silk Way Travel” şirkətlərinin təşkilati dəstəyi ilə həyata keçirilmişdir. Konfransda müxtəlif ölkələrdən, ümumilikdə, 250 nəfər iştirak etmişdir.

Tədbirdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev giriş nitqi edərək, son illərdə Azərbaycanda mülki aviasiya və turizm sahələrində əldə olunan nailiyyətləri vurğulamışdır.
“Azərbaycanın ərazisinin kiçik olmasına baxmayaraq, paytaxt və regionlarımızda beynəlxalq standartların bütün tələblərinə cavab verən altı beynəlxalq aeroportun fəaliyyət göstərməsi və milli aviadaşıyıcılarımızın marşrut şəbəkəsinin daim genişlənməsi ölkəmizə turistlərin axını üçün geniş imkanlar yaradır”-deyə Eldar Hacıyev qeyd etmişdir.
Konfransda, həmçinin AZAL sərnişin aviaşirkətinin direktoru Cəmil Mənizadə, Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways”in direktoru Nazim Səmədov və Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov təqdimatlarla çıxış etmişlər.
Tədbirdə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA), Azərbaycan Turizm Bürosunun, Azərbaycan Dəmir Yollarının, Azərbaycanın ən böyük turizm şirkətlərinin və turizm və aviasiya sektorlarında elektron xidmətlərin aparıcı təchizatçı şirkətlərinin nümayəndələri iştirak etmiş, bu sahədəki ən son yeniliklər və imkanlar barəsində məlumat vermişlər.
"e-Commerce & Travel" forumu çərçivəsində spikerlər, həmçinin panel müzakirələr formatında da diskussiyalar aparmışlar.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti bildirir ki, konfransın nəticəsi kimi, iştirakçılar qarşılıqlı razılıqlar əldə etmiş, həmçinin turizm sənayesinin müxtəlif sahələrində gələcək əməkdaşlıq planlarını müzakirə etmişlər.

 

“Xalq qəzeti”

 

20 2019 12:01 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə