Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Əsrin müqaviləsi” ölkəmizi etibarlı tərəfdaş kimi tanıtdı

“Əsrin müqaviləsi” ölkəmizi etibarlı tərəfdaş kimi tanıtdı

Bu il sentyabrın 20-də “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi ilə bağlı Azərbaycanın yeddi ölkənin on bir neft şirkəti ilə imzaladığı “Əsrin müqaviləsi”nin 25 illiyi qeyd olunur. Bu hadisənin baş tutması, şübhəsiz ki, ölkəmizin tarixində mühüm yer tutur. Azərbaycan dünyanın aparıcı dövlətlərinin iştirak etdiyi belə böyük bir müqaviləni müstəqilliyinin cəmi-cümlətanı 3-cü ilində bağlayırdı və üzərinə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfələr vermək kimi məsuliyyətli bir vəzifə götürürdü.

Azərbaycanın o zamankı Prezidenti, ümummilli lider Heydər Əliyev müqavilənin imzalanması ilə bağlı böyük cəsarət, qətiyyət göstərdi. Həmin dövrdə Azərbaycan tarixinin ən ağır illərini yaşayırdı. Ölkə bir tərəfdən SSRİ-nin dağılmasından sonrakı iqtisadi tənəzzül içində çapalayır, digər tərəfdən, qonşu Ermənistanın hərbi təcavüzünə qarşı mübarizə aparırdı. Bir çox iş yerlərinin bağlanması səbəbindən əhalinin güzəranı da kifayət qədər pisləşmişdi. 
Ulu öndər məhz belə ağır bir zamanda beynəlxalq neft şirkətlərini Azərbaycan neft yataqlarının işlənməsinə cəlb etdi. Bununla da, Heydər Əliyevin gərgin səyləri nəticəsində “Əsrin müqaviləsi” imzalandı. Bu gün haqlı olaraq bu layihəni Heydər Əliyevin şah əsəri ­adlandırırlar.
Çox keçmədən “Əsrin müqaviləsi” öz bəhrələrini verməyə başladı və nəticədə, Azərbaycan iqtiadiyyatı yeni inkişaf dövrünə qədəm qoydu. Təsadüfi deyil ki, Azərbaycanda 1997-ci ildə 9 milyon ton neft hasil edilirdisə, 2010-cu ildə bu rəqəm 51 milyon tona çatdı. Bundan sonra xarici ölkələrin Azərbaycana inamı artdı, ölkəmiz etibarlı tərəfdaş kimi tanındı. 
Sonrakı illərdə neft və qazımızın ixracı ilə bağlı yeni müqavilələr imzalandı. Eyni zamanda, illərdən bəri həllini gözləyən sosial problemlərə açar tapıldı. Bütün bunlar ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında danılmaz xidmətlərinin bir hissəsidir və xalqımız tərəfindən çox yüksək qiymətləndirilir.

 

Qasım MƏMMƏDOV, 
ADNSU-nun prorektoru

 

20 2019 11:50 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə