Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Bakı konfransının seçilmiş məruzələri beynəlxalq sistemə qəbul edilib

Bakı konfransının seçilmiş məruzələri beynəlxalq sistemə qəbul edilib

Bu ilin may ayında Azərbaycan paytaxtında Təhsil Nazirliyinin, Bakı Dövlət Universitetinin, Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (Dubna, Rusiya), STAR-NET Nüvə texologiyaları sahəsində təhsil və mütəxəssislərin hazırlığı regional Şəbəkəsinin (Avstriya) və  La Sapienza Universitetinin (İtaliya) birgə  təçkilatçılığı keçirilmiş və BDU-nun 100 illik yubileyinə həsr olunmuş “Fizikaya müasir baxış” mövzusunda beynəlxalq elmi konfransın seçilmiş materialları “Web of  science clarivate analytics” sisteminə indekslənməyə qəbul edilmişdir.

Bu barədə redaksiyamıza məlumat verən BDU-nun fizika fakültəsinin dekanı, professor Məhəmmədəli Ramazanov “Fizikaya müasir baxış” konfransının ölkə və dünya elmi üçün önəmini xatırladaraq  bildirdi ki, həmin elmi məclisdə Rusiyanın, İtaliyanın, Yaponiyanın, Türkiyənin, Pakistanın, Almaniyanın, Gürcüstanın və Cernoqoriyanın qabaqcıl universitetlərinin və elmi- tədqiqat institutlarının  alimləri iştirak etmişlər. Xarici alimlərlə yanaşı , Azərbaycanın elm ocaqlarının və universitetlərinin alimləri də elmi işlərini konfrans iştirakçılarının müzakirəsinə vermişlər. Konfransda edilmiş 181 məruzədən elmi dəyərinə görə 66-sı seçilərək qeyd edilən sistemə qəbul edilmişdir. Bu məqalələrdən 39-u isə BDU alimlərinin elmi işləridir.

Qeyd etmək lazımdır ki, bu konfrans artıq 12-ci dəfədir ki keçirilir və onun nəticələrini həmişə elmi ictimaiyyət yüksək qiymətləndirir. Artıq 2-ci dəfədir ki, bu konfransın materialları “Web of science clarivate analytics” sisteminə daxil edilir. İlk dəfə 2017-ci ildə “Fizikaya müasir baxış” adlı konfransın materialları bu sistemdə indekslənməyə daxil oldu.  BDU-nun 100 illik yubileyinə həsr olunmuş 12-ci konfransın materiallarının nüfuzlu beynəlxalq sistemə daxil edilməsi fiziklərimizin BDU-nun yubileyinə ən yaxşı hədiyyəsidir

 

R.TAHİR,
“Xalq qəzeti”

20 2019 11:40 - ELM
ELM
17 Oktyabr 2019 | 13:12
Alim və ziyalı ömrü
3 İyul 2019 | 12:29
Şəfəq ƏLİBƏYLİ-70

Köhnə versiyamızdan xəbərləri izlə