Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avstriya Suriya qaçqınları üçün humanitar yardımın həcmini artırıb

Avstriya Suriya qaçqınları üçün humanitar yardımın həcmini artırıb

Avstriya hökuməti Suriyada qaçqınlara dəstək üçün öz humanitar yardım vəsaitlərini artıracaq. 
Xarici İşlər Nazirliyindən verilən məlumatda bildirilir ki, Avstriya İnkişaf Agentliyinin Müşahidə Şurası Avropa İttifaqının (Aİ) Suriya üçün Himayə Fonduna əlavə dörd milyon avro köçürülməsi barədə qərar qəbul edib. Bununla da Avstriyanın cari il ərzində Suriyaya ayırdığı humanitar yardımların həcmi 17,5 milyon avroya çatıb.
Avstriyanın xarici işlər naziri Aleksander Şallenberq bildirib ki, Avstriya bundan sonra da Suriya münaqişəsindən əziyyət çəkən insanlara yardım göstərəcək, regionda iş və tədris perspektivlərini yaxşılaşdırmaq üçün humanitar fəaliyyəti davam etdirəcəkdir.
Qeyd edilməlidir ki, Avstriya Aİ ölkələri arasında yuxarıda qeyd edilən fondun üçüncü ən böyük donorudur. 1,8 milyard avro həcmində dotasiyaya malik bu fondun vəsaitləri Suriyadakı münaqişədən əziyyət çəkən qaçqınların iqtisadi, sosial, tədris və digər problemlərinin aradan qaldırılması üçün həm Suriyada, həm də qaçqınları qəbul edən ölkələrdə layihələrə cəlb olunur. Suriya münaqişəsi nəticəsində beş milyondan artıq insan qonşu Türkiyə, Livan və İordaniyada sığınacaq tapıb, altı milyon insan isə ölkə daxilində məcburi köçkünə çevrilib.

 

Elgün Niftəli, 
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

 

20 2019 11:39 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə