Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Layihə uğurla reallaşdı

Layihə uğurla reallaşdı

Bakıda Niderland Krallığının Azərbaycandakı Səfirliyi və "ABŞ Təhsilli Azərbaycan Məzunları" İB tərəfindən dəstəklədiyi "Canlandır" layihəsinə uğurla yekun vurulub. Layihənin əsas məqsədi yeni teatr pyeslərinin yazılmasına təkan vermək, yeni pyesləri teatr rejissorlarına göstərib gələcəkdə onların səhnələşdirilməsini təmin etməkdir. Layihə çərçivəsində pyes yazmaq, aktyorlar üçün kastinq, yeni pyeslərin səhnəli oxunuşuna dair təlimlər  həyat keçirilib. 

Qeyd edək ki, beş pyes  3 gün ərzində yazılmış və 10 gün ərzində rejissor , tələbə və həvəskar aktyorlar tərəfindən səhnələşdirilmişdir.

İştirak edənlərin bir çoxu üçün bu teatrda ilk təcrübə olub. Aktyor Vüsal Cavadzadə bildirmişdir ki, onun üçün bu teatrda ilk addımlar idi və bundan sonra onun teatra həvəsi artdı. "Oyun" pyesinin müəllifi Fərqanə Qasımova da qeyd edib ki, o heç təsəvvür edə bilmirdi ki, nə vaxtsa onun yazdığı əsər səhnələşdirilə bilər.

Tədbir Salaam Cinemada keçirilib.

Layihənin koordinatoru və ideya müəllifi Zərif Bəkirovadır.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

20 2019 11:35 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə