Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Musiqi xəzinəsi”

“Musiqi xəzinəsi”

Bu gün uşaqlarda bədii  zövqün formalaşması başlıca məsələlərdən biridir.

Milli İncəsənət Muzeyi doğma musiqimizi təbliğ etmək, tanıtmaq, yaşatmaq, eləcə də milli musiqi alətlərinə sevgi aşılamaq məqsədilə uşaqlar üçün “Musiqi xəzinəsi” adlı yeni layihəyə də bu məqsədə xidmət edir.

Sentyabr ayı boyunca davam edəcək layihə çərçivəsində uşaqlar proqram boyunca milli musiqi alətləri ilə tanış olacaq, korifey sənətkarların əsərlərini dinləyəcək, bir-birindən əyləncəli və maarifləndirici ustad dərslərində iştirak edəcəklər. Proqramda təqdim edilən ustad dərsləri balacaların musiqi duyumunun zənginləşməsinə, bədii zövq və yaradıcılıq təxəyyülünün inkişafına yardımçı olacaq.

Həmçinin balacalar Milli İncəsənət Muzeyinin iki tarixi binasını ziyarət etməklə yanaşı, ekspozisiyasını bəzəyən milli və dünya bədii irsini yaşadan incilərin sehrinə qərq olaraq keçmişimizə və müxtəlif ölkələrə möcüzəvi səyahət edəcəklər.

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

20 2019 11:34 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə