Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan kinosu günləri

Azərbaycan kinosu günləri

Sentyabrın 23-dən 26-dək Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində "Azərbaycan kinosu günləri” keçiriləcək.

Kino günlərinin rəsmi açılış mərasimi sentyabrın 23-də Əlişir Nəvai adına Kino Mərkəzində olacaq. Bu barədə  festivalın nümayəndə heyətinin üzvü Şamil Əliyev bildirmişdir.

Azərbaycan Mədəniyyət Nazirliyi, "Özbəkkino” Milli Agentliyinin, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin  birgə təşkilatçılığı ilə keçirilən kino günlərində rejissor Mirbala Səlimlinin "Qırmızı bağ”, İlqar Nəcəfiin "Nar bağı”, Şamil Əliyevin "Çölçü”, Rafiq Əliyev və Cavid Təvəkkülün "Dərs” tammatrajlı bədii, Natalya Zavoznenkonun "Bakı əsrlərin aynasında”, Adil Azayın "Xəlvətdə qalmış müdrik” və Valentina Qurkalenkonun "Hüseyn Xan Naxçıvanski. Qayıdış” tammatrajlı sənədli filmləri nümayiş etdiriləcək. 

Filmlərin bəziləri Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedoqoji Universiteti,  paytaxtdakı Mədəniyyət və İncəsənət Universitetində, Daşkənd vilayəti Almalıq rayonunda, habelə Səmərqənd şəhərində göstəriləcək.     

 

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”

20 2019 11:27 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə