Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nazir Qubada vətəndaşlarla görüşüb

Nazir Qubada vətəndaşlarla görüşüb

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Quba şəhərində vətəndaşları qəbul etməzdən öncə Quba Rayon İcra Hakimiyyətinin Başçısı Ziyəddin Əliyevlə  ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Vətəndaşlarla görüşdə əlilliyin qiymətləndirilməsi, onların bərpa müalicəsinə köməklik göstərilməsi, reabilitasiya vasitələri ilə təminat, əmək hüquqlarının müdafiəsi, məşğulluğun təminatı, aktiv məşğulluq tədbirlərinə və özünüməşğulluq proqramına cəlb olunma, həmçinin vətəndaşların bu və ya digər sosial təminat növünə hüququn müəyyən edilməsi və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlər görülüb. Müraciətlərinə uyğun olaraq, bir sıra vətəndaşların aktiv məşğulluq proqramlarına, reabilitasiya tədbirlərinə cəlb edilmələri tapşırılıb, ətraflı izahatlar verilib.  

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 2019 11:20 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə