Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Vətəndaşın şikayəti diqqətdə saxlanılır

Vətəndaşın şikayəti diqqətdə saxlanılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin informasiya və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov media nümayəndələrinə müraciət ünvanlayıb.  Müraciətdə bildirilir ki, Qarabağ müharibəsi əlili Həşimov Asif Gülverdi oğluna 28 may 2019-cu il tarixində dövlət tərəfindən verilən avtomobilin nasaz olması barədə saytların birində məqalə yayılıb.

Bu məqalədən öncə vətəndaşın şikayəti üzrə ona dəfələrlə izah olunub ki, maşın qeyd olunan nöqsanların araşdırılması üçün “Xəzər” avtomobil zavodunun Bakı şəhərində yerləşən texniki xidmət mərkəzinə gətirilməlidir. Buna baxmayaraq A.Həşimov avtomobilin düzgün istehsal edilmədiyini bildirib və avtomobili texniki xidmət mərkəzinə gətirməkdən bügünə qədər imtina edib.

Vətəndaşla yenidən əlaqə saxlanılıb və o həftə ərzində avtomobili xidmət mərkəzinə gətirəcəyini bildirib. Vətəndaşın təhvil-təslim aktına qol çəkmədiyi ilə bağlı iddiasına gəldikdə isə, bildiririk ki, akt vətəndaş tərəfindən imzalanıb.

Məlumat üçün deyək ki, sosial müdafiə tədbirlərinin bir istiqaməti də müharibə əlilləri və onlara bərabər tutulanların minik avtomobilləri ilə təminatına yönəlib. İndiyədək 6424 minik avtomobili müharibə əlilləri və onlara bərabər tutulanlara verilib. Bu il ərzində 600-ə yaxın avtomobilin bu kateqoriyadan olan şəxslərə verilməsi planlaşdırılıb.

 

Z.BƏŞİRQIZI,
“Xalq qəzeti”

20 2019 11:13 - XƏBƏRLƏR
XƏBƏRLƏR
23 Oktyabr 2019 | 16:55
Kiyevdə güclü partlayış

Köhnə versiyamızdan xəbərləri izlə